Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Antonio Quterreş İsrail və Livan hakimiyyətlərinə xəbərdarlıq edib

BMT-nin Baş katibi İsrail və Livanı vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa çağırıb...

BMT-nin baş katibi Antonio Quterreş Livan ərazisindən İsrailə raket hücumlarını pisləyib və tərəfləri daha da gərginliyin qarşısını almağa çağırıb.

Poliqon xəbər verir ki, bu barədə Baş katibin nümayəndəsi Stefan Düjarrik mətbuat konfransında bildirib.

“Biz Livan ərazisindən İsrailin şimal bölgələrinə çoxlu sayda raketlərin buraxılmasını pisləyirik”, deyən diplomat əlavə edib ki, BMT baş katibi tərəfləri təmkinli olmağa çağırır.

Dujarrik həmçinin qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) hər iki tərəfin səlahiyyətliləri ilə əlaqə saxlayır. O, İsrail və Livan hakimiyyətinə müraciət edərək, onlardan sülhməramlılarla əməkdaşlıq etməyi və gərginliyə səbəb ola biləcək birtərəfli hərəkətlərdən çəkinməyi xahiş edib.

Qeyd edək ki, Livan ərazisindən İsrailə doğru 34 raket atılıb, onlardan 25-i hava hücumundan müdafiə sistemləri sayəsində ələ keçirilib.

“25 raket hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilib. İsrail ərazisinə beş raket düşüb”, deyə İsrail ordusunun mətbuat xidməti bildirib.

Livan xüsusi xidmət orqanları isə ölkənin cənubunda İsrailə raket hücumu həyata keçirən qurğular aşkarlayıb.

Qeyd edək ki, İran hakimiyyəti tərəfindən dəstəklənən Hizbullah aprelin 5-də İsrail polisinin Qüdsün Məbəd dağındakı Əl-Əqsa məscidi ərazisində müsəlmanları döyməsinə cavab olaraq fələstinliləri bütün mümkün tədbirləri görməyə çağırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

"The Telegraph"ın sensasion iddiası... - Azərbaycan tərəfi  rəsmi Tehrandan açıqlama gözləyir...

Heydər Əsədovun seçkidə önü açıq buraxıldı – işıqçı, fəhlə, işsiz…

Könül Nurullayevanın rəqibləri kimlərdir? – AYNA işçisi, Yeni Klinikanın vəzifəlisi…

Təhsili “abad” edən Mehriban Vəliyevanın seçkidəki rəqiblərini tanıyın – işsizlər, “JEK” üzvləri…

Mehriban Əliyeva bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib

Elmar Məmmədyarov Polad Bülbüloğlunu əvəz edə bilər

Ən çox şikayət olunan bankların adları açıqlanıb

Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahıları dərc olunub

Nazir keçmiş direktorunu "Aqroservis"ə sədr gətirdi

Xaməneinin müşaviri: Ağır cəzaya hazırlıq başa çatıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay