Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Anlamıram ki, bu xəritəyə niyə önəm verirsiniz?” – Zülfüqarovdan fərqli yanaşma

"İstədiyimiz iki məntəqə bir müddətdən sonra bizim nəzarətimiz altına keçəcək. Hər halda mənim buna şübhəm yoxdur. Gəlin bir az gözləyək".

PİA.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiya sülhməramlıları tərəfindən hazırlanmış və narazılıqlara səbəb olan Dağlıq Qarabağdakı son vəziyyəti özündə əks etdirən xəritədə edilən dəyişiklikdən danışarkən deyib. Politoloqun fikrincə, əsas xəritə deyil, nəticədir:

"Bu məsələni mən də izlədim. Amma indiyə kimi başa düşə bilmirəm ki, bu xəritəyə niyə önəm verirsiniz? Ümumiyyətlə, hansısa təmas xəttinin yaranması Azərbaycanın xeyrinə deyil. Çünki biz elə bil əraziləri iki yerə bölürük. Siyasi baxımdan bizə daha sərfəli olan digər bir mövqedir. Yəni, bu ərazilərdə Azərbaycan ordusu nəzarət edir, o biri ərazilərdə isə müvvəqqəti olaraq sülhməramlılar və müşahidəçilər nəzarət edir. Heç də təzə bir sərhədin, sərhəddə bənzər vəziyyətin yaranmasının tərafdarı deyiləm. Mən də baxdım bu xəritəyə. Xəritənin müxtəlif vaxtlarda müxtəlif konfiqurasiyası var. Məsələn, Kəlbəcər azad olunmayınca orada sülhməramlıların əməliyyat zonası kimi qələmə verildi. İndi isə biz gördük ki, onun konfiqurasiyası dəyişdi".

Tofiq Zülfüqarov qeyd edib ki, bu, müvəqqəti, operativ xəritədir:

"İndiki mərhələdə orada hansısa fəaliyyət göstərilir. Əsas məqam indiki vəziyyətdə yox, onun nəticəsində nə alınacaq? Hesab edirəm ki, orada atəşin, toqquşmanın qarşısını almaq üçün fəaliyyət göstərilir".

Qeyd edək ki, Rusiya sülhməramlıları tərəfindən hazırlanmış və narazılıqlara səbəb olan Dağlıq Qarabağdakı son vəziyyəti özündə əks etdirən xəritədə dəyişiklik edilib.

Təqdim edilən son xəritədə rusiyalı sülhməramlıların Köhnə Tağlar və Çaylaqqala kəndlərindən çəkildikləri və ərazinin Azərbaycan Ordusunda olduğu görsənir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Qənbər Yarıyev dəfn edilib - Yenilənib

Abşeronda Birinci Qarabağ müharibəsinin dörd şəhidi dəfn edilib - Yenilənib

Razi Nurullayev:"Qoy beləcə də uğursuz və şanssız həyatlarını davam etdirsinlər"

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay