Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniya qaz qiymətlərinin 2027-ci ilə qədər yüksək qalacağını gözləyir

Almaniya hökuməti qaz qiymətlərinin ən azı 2027-ci ilə qədər yüksək qalacağını gözləyir...

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü ölkənin Nazirlər Kabinetinin təsdiq etdiyi hesabatda deyilir.

İqtisadiyyat Nazirliyinin təhlilinə görə, iyunun sonundakı forvard qiymətləri qarşıdakı aylarda topdansatış bazarlarında 1 meqavatt/saat üçün 50 avroya (54,62 ABŞ dolları) qədər artım ola biləcəyini göstərib. Gözləntilərə görə, vəziyyətin normallaşması və böhrandan əvvəlki səviyyəyə qayıtması 4 il ərzində mümkün olacaq. Proqnoz 2027-ci ilin əvvəlinə qədər qaz çatışmazlığı riskini qeyd edən Almaniyanın qaz saxlancı operatorlarının təxminlərinə uyğundur.

Hesabatda qeyd edilir ki, Avropanın sənaye mərkəzi olan Almaniya keçən il Rusiya qazının tədarükünün kəsilməsindən ən çox zərər çəkən ölkələrdən biri olub və potensial problemləri ilkin mərhələdə müəyyən etmək üçün bazardakı hadisələri izləməyə davam edəcək. Belə risklərin azaldılması tədbirləri arasında bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, LNG terminalları və hidrogen infrastrukturunun yaradılması daxildir.

Hazırda hökumət müştərilərin yükünü yüngülləşdirmək üçün elektrik enerjisi və qaz üçün 22,7 milyard avro subsidiya ödəyib. Nazirliyin məlumatına görə, əsas sənaye müştəriləri 6,4 milyard avro dövlət yardımı alıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar