Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alimlər koronavirusun gerçək yoluxma sayını müəyyənləşdirdilər

Alimlər koronavirusa yoluxma hallarının sayının rəsmi rəqəmlərdən 10 dəfə fərqlənə biləcəyini iddia edirlər.

“Report” "RİA Novosti"yə istinadən xəbər verir ki, araşdırmanın nəticələri “medRxiv”resursunda yer alıb.

Məlumata görə, alimlər ABŞ-da koronavirusun ilk yayılmağa başladığı Kaliforniya ştatının Santa-Klara dairəsində eksperiment keçiriblər.

Onlar 3,3 min yerli sakindən koronavirusa qarşı antikorun olub-olmaması barədə analiz alıblar. Bu, daha öncə koronavirusa neçə nəfərin yoluxmasını hesablamaq üçün edilib.

Hesablamaya görə, eksperimentdə iştirak etmiş 2,5% - 4,2% insanda koronavirusa qarşı antikorun ola biləcəyi qənaətinə gəlinib:

“Bu yayılma göstəriciləri aprelin əvvəlinədək 48 mindən 81 minədək insanın bu dairədə yoluxduğunu əks etdirir. Bu da dairədə qeydə alınmış yoluxma hallarının sayında 50-85 dəfə çoxdur”.

Araşdırmanın həmmüəllifi, Stenford Universitetinin professoru Cey Bhattaçarya CNN-ə müsahibəsində bu araşdırmanın ölüm halları barədə də gerçək təsəvvürü yarada biləcəyini vurğulayıb.

Onun sözlərinə görə, əgər yoluxanların sayı rəsmi statistikadan gerçəkdən də dəfələrlə çoxdursa, demək, koronavirusdan ölüm halları da proporsional olaraq güman ediləndən azdır.

pia.az 


Etiket: Virus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Ən çox oxunanalar