Şənbə, 29 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ahıl yaşda evlənən və boşananların sayı açıqlandı

2018-ci ildə 60 və daha yuxarı yaş qrupuna aid 677 nəfər boşanıb...

Bu barədə Dövlət Statistika Komitəsindən oxu.az-ın sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, onlardan 462-si kişi, 215-i isə qadınlardır.

60 və daha yuxarı yaş qrupuna aid 917 nəfər isə nikaha daxil olub. Onlardan 707-si kişi, 210 isə qadınlardır.

İnsanları bu yaşda boşanmağa vadar edən səbəblər nələrdir?

Psixoloqlar düşünür ki, 60 yaşdan yuxarı şəxslərin boşanmalarına səbəb evliliklərinin uğursuz başlaması və daha çətin mərhələlərə qədər davam etməsidir. Bu yaşa qədər onların qarşısını kəsən səbəblər isə övladları, ya da valideynləri olur.

Mövzu ilə bağlı sözügedən sayta açıqlama verən psixoloq Əfsanə Rüstəmovanın sözlərinə görə, insanlar qınaq obyekti olmamaq üçün boşanmaya o qədər qlobal səbəb axtarır ki, bu da kifayət qədər zaman alır:

"Əslində, elə insanlar var ki, adi rahatlığının bir qədər dəyişməsi belə onlar üçün boşanma səbəbi ola bilər. Bu daha çox gənc cütlüklərə şamil edilir. Lakin bizim mentalitetimiz insanların həyatını çərçivəyə saldığı üçün yaşlı cütlüklər bu addımı atmağa çəkinir.

Onların qarşısında dayanan səbəb isə mərhələli şəkildə dəyişir: ilk olaraq "el töhməti", daha sonra dünyaya gələn övladları, nəhayət, yaşlı valideynlərinə görə bir-birilərinə səbr edirlər.

Nəticədə, uşaqlar öz həyatlarını qurduqdan, valideynlər vəfat etdikdən sonra boşanmaq üçün heç bir maneə qalmadığını düşünərək bu qərarı reallaşdırırlar".

Psixoloq onu da qeyd edib ki, boşandıqdan sonra qadınlardan çox kişilər ikinci, üçüncü ailə həyatı qurmağa daha meyilli olurlar:

"Bu yaşda insanlar boşanandan sonra bir çox hallarda həyatlarını ilk sevdikləri insanlarla birləşdirirlər. Bunu çoxları etiraf edir. Mənim bir çox pasiyentim var ki, onlar da hər zaman ahıl yaşda ayrılan valideynlərini qınayır.

O cür sevgisiz ailədə böyüyən uşaqlar valideynlərinin bir-birinə qarşı olan münasibətindən təsirləndiklərini, psixoloji travma aldıqlarını deyirlər. Valideynlər düşünür ki, onların ayrılması uşaqlara travma olar, lakin birlikdə daim söz-söhbət içərisində yaşamaqları onlara çox daha böyük problemlər yarada bilir.

Boşandıqdan sonra qadınlardan çox kişilər ikinci, üçüncü ailə həyatı qurmağa daha çox meyilli olurlar. Qadınların bir qismi isə əksinə, "alınsaydı elə birinci nikahda xoşbəxt olardım",- deyib təkliyə üstünlük verirlər".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qızılın qiyməti kəskin ucuzlaşdı: Bazarda son vəziyyət

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu yarımfinala yüksəlib - Yenilənib

Taksilərlə bağlı ciddi problemlər olacaq - Video

Gəncədə dəhşətli hadisə: Mübahisə etdiyi şəxsləri benzinlə yandırdı

Bir sıra vəzifəli şəxslərin əmək pensiyasına əlavələrin hesablanması qaydası dəyişib

İranda prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub - Yenilənib

Bayden debatların ikinci raundunda iştirak etmək niyyətindədir

Mariya Zaxarova: Fransanın müstəmləkə siyasəti irqi və mədəni üstünlük ideyalarına əsaslanıb

Ermənistan NATO-nun ABŞ-də keçiriləcək sammitində iştirak edəcək

İranda seçkilərdə 10,4 milyon səs hesablanıb, Səid Cəlili öndədir - Yenilənib

Gəncədə yanan üç nəfərdən ikisi Bakıya göndərilib - Yenilənib

Ən çox oxunanalar