Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağstafada TIR-ın hava yastığı partlayıb, usta ölüb - Yenilənib

Ağstafada usta faciəvi şəkildə ölüb...

DİN Ağstafa rayonunda ustanın bədbəxt hadisə nəticəsində ölməsi barədə məlumat yayıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, Qazax Rayon Polis Şöbəsinə Bakı-Qırmızı Körpü avtomagistralının Qazax rayon Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində 1 nəfərin bədbəxt hadisə nəticəsində ölməsi barədə məlumat daxil olub.

Dərhal Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub, "Mercedes" markalı yük avtomobilinin hava yastığını təmir edən Ağstafa rayon sakini, 1981-ci il təvəllüdlü Rasim İsmayılov hava yastığının partlaması nəticəsində təkərlə yük yerinin arasında qalması nəticəsində ölüb.

Faktla bağlı Rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

***

APA xəbər verir ki, 1981-ci il təvəllüdlü İsmayılov Rasim Aslan oğlu işi Özbəkistan vətəndaşı Usmonov Azam Olimoviçin idarə etdiyi “Mercedes Benz Actros” markalı TIR avtomobilinin nasaz olan hava yastığını təmir edib.

O, təkərlə yük yerinin arasında iş görən zaman hava yastığı partlayıb. İsmayılov Rasim Aslan oğlu nəticədə təkərlə yük yerinin arasında qalaraq ölüb.

Araşdırma aparılır.

Poliqon.info


Etiket: TIR polis


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Azərbaycanda şəxsiyyət vəsiqələrini fiziki təqdim etməyə ehtiyac qalmayacaq

Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinə müavin təyin edilib

Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb

Ən çox oxunanalar