Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağstafada iki avtomobil toqquşub, bir ailənin 3 üzvü olmaqla 4 nəfər xəsarət alıb

Ağstafada iki avtomobil toqquşub...

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Ağstafa şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində bir ailənin 3 üzvü - sürücü, 1965-ci il təvəllüdlü Mehman Xudu oğlu Musayev, onun həyat yoldaşı, 1968-ci il təvəllüdlü Könül Bəhram qızı Musayeva və sürücünün bacısı, 1970-ci il təvəllüdlü Həyat Xudu qızı Musayeva xəsarət alıb.

Digər avtomobildə xəsarət alan isə 1996-cı il təvəllüdlü Anar Şahin oğlu Əsgərov olub.

Xəsarət alanlar Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlardan H.Musayeva daha sonra Qazax Mərkəzi Rayon Xəstəxanasına köçürülüb.

Qeyd edək ki, sosial şəbəkələrdə yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. Görüntülərdə avtomobillərin toqquşmasından sonra nəqliyyat vasitələrindən birinin yandığı, əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadasının cəlb olunduğu və yanğının söndürüldüyü əks olunub.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

"Qarabağ" futbolçuların maaşlarını arıtırıb

Pakistan qüvvələri ilə “Taliban” arasında silahlı toqquşma olub

Ən çox oxunanalar