Şənbə, 29 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Afaq Gəncəli: “Verilişimə görə məni ölümlə hədələyiblər” - Video

“Qalmaqalın içindən çıxırdım ki, ora düşməyim (gülür). İndi verilişim yoxdur deyə başım sakitdir. Amma hazırlaşıram. İmmunitetim hazırdır. Bütün sinir sistemim pisləşmişdi. Elə səhhətimdəki problemlər bundan sonra yarandı. Hər verilişdən sonra zənglər gəlirdi ki, bunu və bunları niyə efirə verdiniz?”..

Bizim.Media-nın məlumatına görə, bu sözləri aparıcı Afaq Gəncəli qonaq olduğu “10-da görüşək” səhər şousunda deyib.

Televiziya ulduzu aparıcısı olduğu maqazin verilişinə görə ölümlə hədələndiyini açıqlayıb:

“Uzağa getməyək, Türkiyə və Rusiyanın maqazin verilişlərinə baxanda hamımız deyirik ki, nə gözəldir, ulduzların şəxsi həyatından tutmuş, villasını, qarderobunu, evində çalışan işçisinə qədər hər şeyini göstərirlər. Hamıya bunlar maraqlı gəlir və onlardan danışırlar. Sıra gəlir, çatır bizə. Hər birimizin həyatında nələrsə baş verə bilər. Biz insanıq, ikinci dəfə ailə həyatı da qura, evimizdə hər şeyi göstərə də bilərik. Bizdə hər şey təəccüb və heyrətlə qarşılanır və dərhal “olmaz” sözü deyilir. Əgər biz hər şeyi olduğu kimi, normal qəbul etsək, real həyatda hamımız hər şeyi artıqlaması ilə ifratına qədər belə hər şeyi qəbul edirik. Amma sıra təqdimata gəlib çatanda “aydan arı, sudan duru” məsələsi ortalığa çıxır. Sənin abırın imkan vermir ki, ona deyəsən ki, ay insan, bu axı belə deyil. Amma o utanmır sənə desin ki, bu belə deyil. Çox çətin məsələlərdir. Hətta mənə zəng vurub, ölümlə hədələyiblər. Sən çıxıb bunu desən, biz səni öldürəcəyik. Bunlar boş söhbətlərdir”.

Qeyd edək ki, Afaq Gəncəli illər əvvəl ATV kanalında 10lar” və “ATV maqazin 10larla” şou-biznes xəbərlərindən ibarət olan verilişlərin aparıcısı olub. Afaq ATV kanalından ayrılıb fəaliyyətini “Xəzər” kanalında davam etdirdikdə “Şourum” maqazin verilişinin aparıcısı olub.

Daha sonra veriliş yayımdan qaldırılıb. Afaq üç ilə yaxın həmkarı Tural Əsədovla “Səhər mərkəzi” verilişini aparıb. Səhhəti pisləşdikdən sonra aparıcı verilişdən ayrılmaq məcburiyyətində qalıb.

Poliqon.info


Etiket: Afaq Gəncəli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranda səsvermə gecə yarısına qədər uzadılıb - Yenilənib

Bakıda qıza görə qətlə yetirilən Turalın sevgilisi: "Məni şantaj edirdi"

Qızılın qiyməti kəskin ucuzlaşdı: Bazarda son vəziyyət

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Xarkova hücum Rusiya üçün böyük fəlakətə çevrilir

İsmayıllı sakinləri yaşadıqları dəhşəti danışdılar: "Səhərə kimi yatmamışıq"

Şuşada daşınmaz əmlak əldə etmək istəyənlərə şad xəbər

Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

Taksilərlə bağlı ciddi problemlər olacaq - Video

Məhərrəm ayı yaxınlaşır, toy etməyə tələsənlərin sayı artır

Ən çox oxunanalar