Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Azərbaycan arasındakı münasibətlərdə “buzlaşma dönəmi” başlaya bilərmi?

Azərbaycan tərəfi noyabrın 20-də Vaşinqtonda baş tutacaq danışıqlardan imtina etməklə faktiki olaraq artıq ABŞ-ın vasitəçiliyini qəbul etmədiyini ortaya qoyub...

Politoloq: “Onsuz da, uzun müddət idi ki, Azərbaycan-ABŞ münasibətlərində bir gərginlik var idi”.

ABŞ-ın Azərbaycana qarşı son hərəkəti bardağı daşıran son damla oldu”.

Bu sözləri politoloq Qabil Hüseynli Azərbaycan Xarici İşlər Nazirliyinin Vaşinqton görüşündən imtina etməsini Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayenin Konqresdə baş tutan Qarabağla bağlı dinləmələridəki ermənipərəst mövqeyinə Azərbaycan Xarici İşlər Nazirliyi çox sərt reaksiya verib və Azərbaycan tərəfi noyabrın 20-də Vaşinqtonda baş tutacaq danışıqlardan imtina etməklə faktiki olaraq artıq ABŞ-ın vasitəçiliyini qəbul etmədiyini ortaya qoyub.

Bu baş verənlər fonunda bundan sonrakı Azərbaycan-ABŞ münasibətlərini necə şərh etmək olar? İki ölkə arasındakı münasibətlərdə “buzlaşma dönəmi” başlaya bilərni?

Azərbaycan-ABŞ münasibətlərini Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Vaşinqton açıq-aşkar ermənipərəst siyasət yürüdür və ermənilərin tərəfini tutur”.

ABŞ-ın açıq-aşkar xristian təşəbbüskeşliyini həyata keçirdiyini nəzərə çatdıran politoloq əlavə edib ki, bu nöqteyi-nəzərdən də, Azərbaycanla ABŞ arasındakı münasibətlər yavaş-yavaş gərginləşə-gərginləşə gedir:

“Onsuz da, uzun müddət idi ki, Azərbaycan-ABŞ münasibətlərində bir gərginlik var idi. ABŞ açıq-aşkar xristian təşəbbüskeşliyini həyata keçirir. Bu nöqteyi-nəzərdən də, Azərbaycanla ABŞ arasındakı münasibətlər yavaş-yavaş gərginləşə-gərginləşə gedir.

ABŞ-ın Azərbaycana qarşı son hərəkəti isə bardağı daşıran son damla oldu. Buna görə də, Azərbaycanın xarici işlər naziri Vaşinqtona getməkdən imtina etdi. Bilirik ki, Vaşinqton açıq-aşkar ermənipərəst siyasət yürüdür və ermənilərin tərəfini tutur.

Biz istərdik ki, ABŞ-la münasibətlər yaxşı olsun. Amma ABŞ obyektiv deyil”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Qənbər Yarıyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay