Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Səudiyyə Ərəbistanına əlavə qoşun göndərəcək - Açıqlama

Keçən həftə Səudiyyə Ərəbistanındakı iri neft obyektlərinə pilotsuz uçuş aparatlarının hücumlarından sonra Birləşmiş Ştatlar Yaxın Şərqdə öz hərbi qulluqçularının əlavə kontingentini yerləşdirəcəyini bəyan edib

PİA.az xəbər verir ki, ABŞ Müdafiə naziri Mark Esper cümə günü mətbuat konfransında deyib: “Prezident orada ABŞ qüvvələrinin yerləşdirilməsini bəyənib. Bu qüvvələr əsasən hava hücumundan və raket hücumundan müdafiə məqsədilə göndəriləcək”.

Esper oraya nə qədər qoşun göndəriləcəyini bildirməyib, lakin deyib ki, Səudiyyə Ərəbistanı “müdafiə üçün əlavə dəstək göstərilməsini” xahiş edib. Nazir daha sonra əlavə edib ki, bu addım hamıya dəqiq siqnal olacaq: Birləşmiş Ştatlar regionda öz tərəfdaşlarını dəstəkləyir.

Bu tədbirlər kommersiya maraqları nəzərə alınmaqla həyata keçirilir, çünki həmin hücumların hədəfi kimi dünyada ən iri neftayırma obyektləri seçilmişdi. Esper deyib ki, əlavə qoşunlar “qlobal iqtisadiyyatın dəstəklənməsi üçün zəruri resurslar axınını təmin etməyə imkan verəcək”.

Xatırladaq ki, sentyabrın 14-də pilotsuz uçuş qurğuları Səudiyyə Ərəbistanının şərqində Abkayk məntəqəsində neftin ilkin emalı üzrə dünyada ən iri zavoda, həmçinin Urays neft yatağındakı neftayırma zavoduna havadan hücum edib, nəticədə Saudi Aramco dövlət müəssisələrində yanğınlar başlanıb. Bir neçə saat ərzində yanğın söndürülüb, lakin Səudiyyə Ərəbistanında neft hasilatı 9,8 milyon barreldən müvəqqəti olaraq 4,1 milyon barrelə düşüb. Bu, dünya üzrə neft hasilatının 5 faizinə bərabərdir. (Azərtac)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar