Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ İsraildən Qəzzada beynəlxalq qanunlara əməl etməyi tələb edib...

Birləşmiş Ştatlar İsraildən Qəzza zolağında beynəlxalq qanunlara əməl olunmasına zəmanət verməsini tələb edib...

ABŞ prezidenti Co Baydenin administrasiyası İsraildən martın ortalarına kimi Amerika silahlarından istifadə etməklə beynəlxalq normalara riayət olunmasına, habelə Qəzza zolağına humanitar yüklərin keçirilməsinə zəmanət verən bəyanat imzalamağı tələb edib.

Poliqon xəbər verir ki, bu barədə “Axios” portalı üç İsrail və Amerika rəsmisinə istinadən məlumat yayıb.

“Axios”a görə, fevralın 8-də Co Bayden ABŞ-dan silah alan ölkələrin “etibarlı yazılı təminat” verməli olduğu bir memorandum imzalayıb. Həmin sənədə görə hərbi münaqişələrdə iştirak edən ölkələrin beynəlxalq normalara əməl etmək naminə yazılı təminat vermək üçün 45 gün, digər dövlətlərin isə 180 gün vaxtı var.

Mənbələrin “Axios”a verdiyi məlumata görə, memorandumda xüsusi olaraq İsraildən bəhs edilmir, lakin demokrat senatorlar İsrailin Qəzza zolağında hərbi planları ilə bağlı narahatlıqlarını ifadə ediblər. Nəşr qeyd edir ki, zəmanət bəyanatı imzalanmazsa, ABŞ yardım göndərilməsini dayandıra bilər.

“Axios”, İsrailin HƏMAS ilə çərçivə sazişi layihəsində əhəmiyyətli güzəştlərə getdiyini bildirib. Portalın məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahu bu barədə Co Baydenə telefon danışığında bildirib. Bir gün əvvəl Amerika prezidenti bildirib ki, İsrail və HƏMAS arasında Qəzza zolağında atəşkəslə bağlı razılıq martın 4-dək əldə oluna bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay