Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ İrana qarşı hərbi qüvvə göndərib - Video

ABŞ Hərbi Dəniz Qüvvələri dünən elan edib ki, İranın neft tankerlərini ələ keçirməsinin qarşısını almaq planı çərçivəsində 3000-dən çox Amerika əsgəri Qırmızı dənizdəki iki hərbi gəmiyə köçürülüb...

ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının bəyanatında qeyd edilib ki, ABŞ dənizçiləri avqustun 6-da Süveyş kanalından keçərək Qırmızı dənizə daxil olublar. Açıqlamada əsgərlərin Beşinci Donanmanın fəaliyyət qabiliyyətini gücləndirəcək “Bataan” və “Karter Holl” desant gəmilərinə yerləşdirildiyi vurğulanıb.

Beşinci Donanmanın sözçüsü Tim Havkins bununla bağlı deyib: “Bu birləşmələr İranın sabitliyi pozan fəaliyyətlərinin qarşısını almaq və ticarət gəmilərinə təcavüzü nəticəsində yaranan regional gərginliyi neytrallaşdırmaq üçün çeviklik və təsirli əməliyyat qabiliyyəti təmin edir”.

Bölgədə qüvvələrini artıran ABŞ iyul ayında orada bir döyüş gəmisini, eləcə də “F-35” və “F-16” döyüş təyyarələrini yerləşdirəcəyini də açıqlamışdı.
ABŞ rəsmisi keçən həftə bildirib ki, Vaşinqton İranın gəmiləri ələ keçirməsinin qarşısını almaq niyyəti ilə Fars körfəzindən keçən kommersiya tankerlərinə dəniz piyadaları göndərməyə hazırlaşır.

ABŞ bu addımları ilə naviqasiya azadlığının təmin edilməsinə və İranın sabitliyi pozan fəaliyyətlərinin qarşısının alınmasına sadiqliyini nümayiş etdirir” - deyə, bəyanatda bildirilir.

Daha ətraflı “Azad İran” “Youtube” kanalının süjetində:(oxu.az)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

Paşinyan Lələkənddə: alver etdi, pulu az verdi - Video

Süni intellektin bioloji silah yaratmağa qadir olduğu məlum olub

Türkiyəli bloqer Bakıdakı izdihamı "zoopark" adlandırıb? - Video

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

"Mərkəzi Komitənin şöbə rəhbəri məni otelə çağırdı…” – “Qayınana”nın Afəti

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ən çox oxunanalar