Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Əfqanıstan üzərindən oynadığı “Taliban oyunu”... - Hansı qlobal geosiyasi hədəflər izlənilir?

Vaşinqtonun bu tələsik addımı Çinin “Bir kəmər, bir yol” layihəsinə qarşı ola bilərmi?..

Politoloq: “ABŞ Əfqanıstanı Talibana bəxşiş edərək evə dönür və bu da o demək olur ki, əslində ABŞ-ın Talibana qarşı 27 ildə sərf etdiyi maddiyyat və mübarizə əslində boşuna gedib”.

ABŞ Uyğur vilayətindəki uyğurları Taliban vasitəsilə radikal islamçılıq adı altında ayağa qaldırmağa çalışır”.

Bu sözləri politoloq Turan Rzayev Talibanla bağlı Əfqanıstanda baş verən prosesləri PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ qoşunlarının Əfqanısıstandan çıxarılması Mərkəzi Asiya ölkələrində və Rusiyada ciddi narahatlıq və təşviş yaradıb. Təşviş üçünsə əsas var. Artıq Taliban bir çox bölgləri, o cümlədən Orta Asiya ölkələri ilə sərhədləri ələ keçirib. Talibanın Əfqanıstanda yenidən söz sahibi olmasından təşviş keçirən Tacikistan isə artıq kömək üçün KTMT-yə müraciət dib. Rusiya isə Taliban nümayəndələrini Moskvaya dəvət edərək təhlükəni sovuşdurmaq və cihadçıları Əfqanıstan içində tutmaq üçün dilə tutmağa çalışır. Lakin fakt odur ki, ABŞ-ın Əfqanıstandan çəkilmə qərarı çoxdan elan olunsa da, icrası Tramp zamanında belə təxirə salınmışdı. Bayden hakimiyyətə gəlişindən bir neçə ay sonra isə Əfqanıstandan ani çıxma qərarı aldı və bu qərar əslində bütün Mərkəzi Asiyanın gələcəyini ciddi şəkildə təhdid etməkdədir. Maraqlıdır ki, Əfqanıstanı tərk edən ABŞ əsgərləri əllərində olan silah, texnika və texnologiyanı özləri ilə aparmırlar. Onlar bunu tələsik çıxış qərarı verilməsi və əllərində olan silah və texnikanın ABŞ-a aparılması üçün imkanlarının olmaması ilə izah edirlıər. Əfqanıstanda ABŞ əsgərlərinə aid olan qabaqcıl silah və texnika hazırda lazımsız inventara çevrilib və atılan bu silah və texnika Talibanın əlinə keçir.

ABŞ-ın bu şəkildə Əfqanıstanı Talibanın qucağına buraxaraq bu ölkəni tələsik, eyni zamanda silahları belə Talibana buraxaraq tərk etməsi Vaşinqtonun hansısa geosiyasi hesablarından xəbər verə bilərmi? Ümumiyyələ Əfqanıstanın tam, ya da əsasən Talibanın nəzarəti altına keçməsi hansı qlobal geosiyasi hadisələrə yol aça bilər və Vaşinqtonun bu tələsik addımı Çinin “Bir kəmər, bir yol” layihəsinə qarşı ola bilərmi?

ABŞ-ın Əfqanıstan üzərindən apardığı siyasi planları PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “ABŞ indiki halda Taliban vasitəsilə Mərkəzi Asiyada yeni bir geosiyasi proses başlatmağa çalışır”.

Bütün bu prosesləri Mərkəzi Asiya ölkələri üçün “xəzan” adlandıran politoloq PİA.az-a bildirib ki, bildirib ki, Orta Asiyadakıı türk ölkələrində ciddi mənada radikalizm yüksəlməkdədir və Taliban da ölkələrə sızmağa çalışır. Politoloq qeyd edib ki, Taliban Tacikistanda və Orta Asiyanın türk ölkələrindəki radikal qruplaşmaları, radikal islamçı qüvvələri gün-gündən dəstəkləyir və aktivləşdirir. Bunun da arxasında bilavasitə ABŞ dayandır:

“Əslində ABŞ-ın əsas məqsədi Çinin “Bir kəmər, bir yol” layihəsinə qarşı qeyri-sabit coğrafiya formalaşdırmaqdır. ABŞ 27 il idir ki, Əfqanıstanda Talibanla mübarizə aparırdı. Vaşinqton son bir neçə ildə Qətərdə və digər ölkələrdə Taliban nümayəndələri ilə danışıqlar aparıldı və qərara alındı və ABŞ, o cümlədən NATO qoşunlarının Əfqanıstanı tərk etmələri bu danışıqların məntiqi nəticəsidir. Yəni başda ABŞ olmaqla Talibanla razılaşma əldə edən Qərb dövlətləıri Əfqanıstanı Talibana buraxıb 27 il işğal altında saxladıqları ölkəni tərk edirlər. Təbii ki, bu böyük geosiyasi oyunun tərkib hissəsidir. Bu tərketmə prosesinin ardınca Taliban ABŞ-dan boş qalan əraziləri ələ keçirir, eyni zamanda Əfqanıstandakı zəif mövcud hakimiyyətə qarşı mübarizə aparır.

Bu mübarizənin sonu özü-özünə aydındır. Bir neçə aydan sonra Əfqanıstan tamamilə Talibanın əlinə keçəcək və mövcud hakimiyyət devriləcək. Bəzi mənbələrdə tərəflər arasında, yəni Əfqanıstan hakimiyyəti ilə Taliban arasında danışıqların olduğu qeyd olunur. Amma Taliban hazırda Əfqanıstanda 60-65 faiz nəzarəti tam ələ keçirib və bütün Əfqanıstanı ələ keçirmək fikrindən əl çəkməsi də inandırıcı deyil. Yəni faktiki olaraq ABŞ Əfqanıstanı Talibana bəxşiş edərək evə dönür və bu da o demək olur ki, əslində ABŞ-ın Talibana qarşı 27 ildə sərf etdiyi maddiyyat və mübarizə əslində boşuna gedib.

Təbii ki, ABŞ-ın bu şəkildə davranmasına əsas səbəb Çindir. Daha doğrusu Çinin “Bir kəmər, bir yol” layihəsi ABŞ üçün ciddi mənada təhdiddir. Çünki Pekindən Londona qədər uzanacaq nəqliyyat, energetika və başqa layihələr bir kəmər, bir yol layihəsində həyata keçiriləcək. Onu da qeyd edim ki, nəqliyyat və enerji layihələrinin dənizdən yenidən quru xəttinə keçirilməsi ABŞ üçün ciddi mənada təhdiddir. Bu barədə İngiltərə ilə ABŞ arasında ciddi fikir ayrılığı mövcuddur. Çünki İngiltərə Çini özü üçün fürsət, ABŞ isə Çini özü üçün təhdid olaraq görür.

Turan Rzayev: “Bu barədə İngiltərə ilə ABŞ arasında ciddi fikir ayrılığı mövcuddur. Çünki İngiltərə Çini özü üçün fürsət, ABŞ isə Çini özü üçün təhdid olaraq görür”.

Bu mənada ABŞ indiki halda Taliban vasitəsilə mərkəzdə yeni bir geosiyasi proses başlamağa çalışır. Bunu da mən Mərkəzi Asiya ölkələri üçün “xəzan” adlandırıram. Yəni bu prosesi Mərkəzi Asiya ölkələrinin “payızı” adlandıra bilərik. Çünki Tacikistan da daxil olmaqla Orta Asiyanın türk ölkələrində ciddi mənada radikalizm yüksəlməkdədir və Taliban da ölkələrə sızmağa çalışır. Taliban Mərkəzi Asiyanın türk ölkələrindəki radikal qruplaşmaları, radikal islamçı qüvvələri günü-gündən dəstəkləyir və aktivləşdirir. Bunun da arxasında bilavasitə ABŞ dayandır.

Qeyd edim ki, burada söhbət tək Mərkəz Asiya ölkələrində getmir. Eyni zamanda Çinin sənayesinin böyük bir qisminin cəmləndiyi Uyğur vilayətindən də söhbət gedir. Əslinə qalsa, ABŞ buradakı uyğurları Taliban vasitəsilə radikal islamçılıq adı altında ayağa qaldırmağa çalışır. Təbbi ki, indi ABŞ prosesi pərdəarxasından idarə edir. Yəni üzü görünən Taliban olsa da, bütün planlama və dəstək ABŞ-dan gəlir. Başlıca məqsəd isə Çinin “Bir kəmər, bir yol” layihəsini sabotaj etməkdir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Ən çox oxunanalar