Şənbə, 29 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

6 nömrəli palata - Etibar Cəbrayıloğlu yazır

Mən hardan bilim? Tələbə yoldaşı deyiləm, əsgərlikdə eyni batalyonda xidmət etməmişəm, bir yerdə kəşfiyyata getməmişəm.

Hamı məndən soruşur ki, müəllim, Putinə nə olub, harasından əməliyyat edəcəklər? Mənim özəl klinikam var? Ya bəlkə məni hansısa xəstəxanaya baş həkim təyin ediblər xəbərim yoxdur?

Biri var, danışmağa başlayanda üç gün dayanmır. Dünən günorta yeməyindən üçcə dəqiqə sonra özünü verdi düz çənəmin altına. Deyir xəbərin var, müəllim, Putin xəstədir, sənin də telekanallarda dost-tanışın çoxdur. Təşkil elə, lap lazımdırsa düz-qoş şou verilişlərə çıxaq, göz yaşı tökək, deyək ki, Putinin müalicəsinə vəsait lazımdır. Bir meyxanaçı, bir müğənni, bir kulinar-rəqqasə də özümüzlə çıxaraq efirə. Onlar da oxuya-oxuya, oynaya-oynaya camaata desinlər ki, kimin imkanı nəyə çatırsa xəstəyə maddi yardım göstərsin. Kartımıza pul atsınlar, sən özün də dolan, məni də dolandır...

Bu hərif deyəsən, məni dolayıb. Tutaq ki, mən onun dediklərinə əməl elədim, rəqqasə oxudu, bir az da oynadı, camaatımızın ürəyi yumşaldı müalicə üçün pul topladı. Pasiyenti də apardıq stomatoloqun yanına, o da gözünə döndüyüm sol ayağını qoyub sağ ayağını kəsdi. Və yaxud kardioloq o boyda xəstənin kor bağırsağını yaxşı müalicə eləmədi. Sonra mən Putinin burdakı fanatlarına nə cavab verəcəm?

Hər şey bir yana qalsın, indi çətin zamandır. Deyilənə görə, Rusiya bu gün-sabah Ukraynaya müharibə elan edəcək. Belə bir həssas vaxtda hər addımı yüz ölçüb, yetmiş beş biçmək lazımdır. Üstəlik indi telekanallarda vəziyyət dəyişib, əvvəlki dövrdən fərqli olaraq rəqqasə nə istəsə oynaya bilməz. Mətbəx verilişinə çıxan nə qaynadacağını iki gün əvvəldən deməlidir. Efirdə kim nə gəldi, necə gəldi tüstü çıxara bilməz. Necə deyərlər, yaxşı telekanal tüstüsündən bəlli olar!

Bir neçə il əvvəl telekanallardakı biabırçılıq hamının yadındadır da? Savadsız aparıcılar efiri zəbt etmişdi, bir dəfə mənim özümü canlı efirə çağırıb soruşmadılar ki, müəllim, Mücirəddin Beyləqani ilə ilk görüşünüz yadınızdadır, o, sizə hansı faydalı məsləhətlər verdi?

Şükürlər olsun, indi aparıcılarımız çox savadlıdır, o gün Əhməd Cavadı canlı görənləri axtara-axtara şairin 40 yaşlı nəvəsini tapıblar. İnkişaf göz önündədir.

Nə isə, harda qalmışdıq? Putində? Biri də var, onun işi lap oyundur. Mobil telefonumun nömrəsini kimdənsə öyrənib, hər gecə saat 1-də, 2-də zəng vurub deyir narahat eləmirəm? Cavab gözləməmiş soruşur ki, Putin əməliyyat olunsa, görən neçə nömrəli palatada yatacaq? Elə də maraqla soruşur ki, elə bil pasiyentin əmisi oğludur.

Dünən gecə onun növbəti zəngindən və duzsuz sözlərindən sonra ürəyimdə söyüş qoymuşam, bir də palatanın nömrəsini soruşsa, deyəcəm 6 nömrəli palatada.

6 nömrəli...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda qıza görə qətlə yetirilən Turalın sevgilisi: "Məni şantaj edirdi"

Xarkova hücum Rusiya üçün böyük fəlakətə çevrilir

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

İranda səsvermə gecə yarısına qədər uzadılıb - Yenilənib

Şuşada daşınmaz əmlak əldə etmək istəyənlərə şad xəbər

Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyi qadağan edildi

Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

Tramp: Rusiya bütün Ukraynanı işğal edə bilər...

VI çağırış Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib - Sərəncam

Dünyada çox güclü maqnit qasırğası başladı - Yenilənib

Üç bürcün həyatında ciddi dəyişikliklər baş verəcək 

Parklanma qaydalarının pozulmasına görə yeni cərimələr qəbul edilib, bəziləri isə artırılıb - Siyahı

Ən çox oxunanalar