Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

6 milyard dollarlıq kokain yüklənmiş TIR…

Müstəqilliyi qismən tanınmış Kosovoda üç ölkə polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində bazar dəyəri 6 milyard dollar olan 2.2 ton kokain ələ keçirilib. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, tez-tez iri həcmdə kokain ələ keçirilən,  narkomafiyaların faktiki nəzarətində olan və “Avropanın Kolumbiyası” hesab edilən Kosovoda bu əməliyyat Albaniya və İtaliya polisinin dəstəyi ilə həyata keçirilib.

Bildirilir ki, tonlarla kokain Kosovonun Durres limanından TIR-a yüklənib. Polis həmin TIR-ı təqib etməyə başlayıb və Priştina şəhərinə daxil olarkən saxlayıb. Polisin yaydığı görüntülərdə TIR-ın üzərindəki yazılar və dövlət nömrə nişanı bağlanıb. Kokainin Kosovoya hansı ölkələrdən keçirilərək gətirildiyi bilinmir. Ehtimal edilir ki, kokain daha sonra müxtəlif Avropa ölkələrində narkotacirlərə paylanmaq üçün daşınırdı.

Bu, son bir ayda Durres limanında aşkarlanan üçüncü iri kokain partiyasıdır.

Balkan marşrutu hazırda beynəlxalq narkomafiyanın istifadə etdiyi əsas transit marşrutudur. Bu marşrutun üzərində yerləşən Albaniya və Kosovoda təkcə bir il ərzində 10 tona yaxın kokain aşkarlanıb. Lakin bunlar həmin ölkələr üzərindən daşınan kokainin cüzi hissəsi hesab olunur. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar