Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

50 yaşın bir addımlığında- Bəxtiyar Paşayev

Bu gün Azərbaycanda çoxsaylı təhsil ocaqları mövcuddur. Zaman keçdikcə həmin təhsil ocaqları qarşısında insan öz “hədəf”ini müəyyən edir

Bu mənada hələ illər öncə Bakı Dövlət Universitetinə daxil olmaq mənim ən böyük arzum idi. Elə oldu ki, vaxtın axarı ilə öz istəyimə yetişdim və beləcə ömrün tələbəlik illəri başladı. Təbii ki, yeni mühitin yaranması, yeni insanları tanımaq, ünsiyyətdə olmaq müəyyən qədər tərəddüd, çaşkınlıq yaradırdı. Hətta bizim qəbul olduğumuz il pandemiya dövrünə düşdüyünə görə tez-tez öz-özümə verdiyim belə bir sualı yaratmışdı: “Mən bu mühitdə necə inkişaf edəcəyəm?”.

Bizə həmin il ərzində dərsləri müxtəlif professorlar, akademiklər tədris edirdi. Məndəki potensialı, elmə həvəsi, marağı müəllimim Bəxtiyar Paşayev kəşf etdi. Beləcə, onun rəhbərliyi ilə “Gənc alim və tədqiqatçıların VI beynəlxalq konfransı”na tezis verdik və tezis qəbul olunduqdan sonra uğurla çıxış etdim. Bundan bir müddət sonra isə Bəxtiyar müəllimin təkidi ilə Aztv-də yayımlanan “Uğur düsturu” verilişində universitetin nəzdində yerləşən labaratoriyada təcrübədə iştirak etdim. İlk dəfə kamera qarşısında olmağıma baxmayaraq həm həyacanıma sahib çıxdım, həm də özgüvənim artdı. Artıq tələbəliyimin II kursu Bakı Dövlət Universitetində fəaliyyət göstərən “Sabah Qrupları”nda davam etdirdim. Bu zaman kəsiyində Bəxtiyar Paşayev Bakı Dövlət Universitetinin “Fizika fakültəsi”ndə dekan vəzifəsinə təyin edilmişdi.
Bir müddət sonra Bəxtiyar müəllimin rəhbərliyi ilə “Gənc alim və tədqiqatçıların VII beynəlxalq konfransı”na tezis verdik, bu tezis də müvəfəqiyyətlə qəbul olundu.
Bütün bu uğurları əldə etdikcə məndə elmə daha çox maraq yarandı və mən “Gənc alim və tədqiqatçıların VIII beynəlxalq konfransı”na da tezis irəli sürəsi oldum.

Mənim bu illər ərzində qazandığım ardıcıl nailiyyətlərə, özgüvənə, elm-təhsilə olan bağlılığıma dəstək olduğuna görə “Fizika fakültəsi”nin dekanı, mənim isə özlüyümdə “Akademik” elan etdiyim Bəxtiyar Paşayevə dərin minnətdarlığımı bildirirəm. Gənc bir tələbənin qarşısına Bəxtiyar müəllim kimi müdrik, savadlı, öz işini sevən, təmənnasız dəstək olan bir pedaqoqun çıxmasının özü böyük bir şansdır. Mən bu şansı hər bir tələbəyə arzu edirəm.

Son olaraq özümün və ailəmin adından böyük təşəkkür hissi ilə hörmətli Bəxtiyar müəllimi ad günü münasibətilə təbrik edib, daim fərəhli günlər arzulayıram!

Yaxşı ki varsınız, sevimli müəllimim Bəxtiyar Paşayev!

Hörmətlə,
Qənirə Əliyeva

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Qənbər Yarıyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay