Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

10%lik “İskəndər”lər... - Raketlərin qalıqlarının ortaya çıxması Paşinyanın haqlı olmasına dəlalət edir?

“İskəndər” raketlərinin qalıqlarının ortaya çıxması normal haldırmı, yoxsa Paşinyanın raketlərin 10% partlaması ilə bağlı bağlı dedikləri doğru imiş...

Ədalət Verdiyev: “Dolayısı ilə Paşinyanın bu raketlərin effektiv olmadığı barədə dedikləri də təsdiq olunmaqdadır”.

Tərlan Eyvazov: ““İsgəndər” raketinin Şuşaya atılmasının hesabı nəinki Ermənistandan, hətta ona bu silahı verən dövlətdən də sorulmalıdır”.

Bu gün Bakıda Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İskəndər” raketlərinin qalıqları “Azərlandşaft” Açıq Səhmdar Cəmiyyətinin ərazisində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən təqdim olunur.

Qeyd edək ki, ANAMA 2020-ci ilin dekabrından bəri işğaldan azad edilmiş Şuşa şəhərində minaların təmizlənməsi və döyüş sursatlarının zərərsizləşdirilməsi işlərini aparır. 2021-ci il martın 15-də Agentlik əməkdaşları tərəfindən aparılan təmizləmə əməliyyatı zamanı şəhərdə iki partlamış raketin qalıqları aşkar edilib.

“Caliber”in yeni süjetində isə bildirilir ki, raketin Ermənistan ordusunun ixtiyarında olan “E” indeksli modelə deyil, məhz Rusiya Silahlı Qüvvələrinin istifadə etdiyi “M” modifikasiyasına aid olması ciddi suallar doğurur.

Süjetdə raketlərin bu iki növü arasındakı fərq izah olunur və “E” versiyasının məhz ixrac üçün nəzərdə tutulduğu bildirilir. Şuşada qalıqları tapılan “İsgəndər”lərin üzərindəki “M” nişanları isə onların, məsələn, Gümrüdəki 102-ci Rusiya hərbi bazasından buraxılmasını ehtimal etməyə əsas verir. Süjetdə həmçinin Şuşaya atılan “İsgəndər”lərin partlamadığı da qeyd olunur.

Bəs “İskəndər” raketlərinin qalıqlarının ortaya çıxması normal haldırmı, yoxsa Paşinyanın raketlərin tam partlamaması ilə bağlı dedikləri doğru çıxdı?

Bununla bağlı PİA.az-ın əməkdaşı hərbi ekspertlər Ədalət VerdiyevTərlan Eyvazova müraciət edib.

Ədalət Verdiyev: “Rusiyanın bu silahları Ermənistana ötürməsi prosesinin özü də qanundan kənar fəaliyyətdir”.

Bu raketlərin istifadəsi və Ermənistana ötürülməsi beynəlxalq müqavilələrin tələbinə görə qadağan olduğunu vurğulayan ekspert əlavə edib ki, onların Ermənistana verilməsi nə BMT-nin silahlar reyestrində, nə də digər beynəlxalq hesabatlarda yer almır:

“Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nümayiş etdirdiyi “İsgəndər” raketlərinin qalıqları bir daha Ermənistanın Azərbaycana qarşı çəkindirmə silahı olan “İsgəndər” raketlərini, həm də onların modernləşdirilmiş versiyasını atdığını sübut edir. Xatırladıram ki, bu raketlərin istifadəsi və Ermənistana ötürülməsi beynəlxalq müqavilələrin tələbinə görə qadağandır. Onların Ermənistana verilməsi nə BMT-nin silahlar reyestrində, nə də digər beynəlxalq hesabatlarda yer almır. Rusiyanın bu silahları Ermənistana ötürməsi prosesinin özü də qanundan kənar fəaliyyətdir.

Dolayısı ilə Paşinyanın bu raketlərin effektiv olmadığı barədə dedikləri də təsdiq olunmaqdadır”.

Tərlan Eyvazov: “Bu vaxta qədər bizim əlimizdə dəqiq faktlar yox idi. Amma indi bu faktlar üzə çıxıb və biz bunu deməliyik”.

“İsgəndər” raketinini müharibədə istifadə edilməməli olmadığını xatırladan ekspert pia.az-a bildirib ki, Azərbaycanın da əlində “İsgəndər”ə bərabər silahlar var idi. Amma biz o silahlardan istifadə etmədik və Ermənistanda, eləcə də Qarabağda olan mülki obyektləri vurmadıq:

“Bütün bunların hamısı ona dəlalət verir ki, müharibə dövründə Ermənistan tərəfindən bu raketlər Azərbaycana atılıb. Bu faktlar hələ araşdırılıb bundan sonra da müəyyən faktlar üzə çıxa bilər.

“İsgəndər” raketlərinin Bakıda nümayiş olunması normal haldır. Çünki Ermənistan Azərbaycana qarşı icazə verilməyən, qadağan olunan silahdan istifadə edib və bunun nümayişi normaldır. Bildiyimiz kimi Ermənistan bu silahdan hərbi məntəqələrimizi deyil, mülki yaşayış məntəqələrimizi vurmaq istəyib. Bu fakt Ermənistanın bir daha heç bir beynəlxalq qanunlara riayət etmədiyini sübut edir. Həmçinin də bu fakt İsgəndər raketlərini Ermənistana verən ölkənin nə qədər qeyri-qanuni hərəkət etdiyini göstərir.

Tərlan Eyvazov: “Rusiya Azərbaycanla əməkdaşlıq, dostluq edir. Bir tərəfdən də düşmənimizə çox ziyanverici silah verir. Belə əməkdaşlıq olmaz”.

“İsgəndər” raketinini Ermənistana verməməli idilər və bu raketlər də müharibədə istifadə edilməməli idi. Azərbaycanın da əlində “İsgəndər”ə bərabər silahlar var idi. Amma biz o silahlardan istifadə etmədik və Ermənistanda, eləcə də Qarabağda olan mülki obyektləri vurmadıq. Amma Ermənistan tərəfi növbəti dəfə öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə tüpürdü. Bu da bir daha sübut edir ki, Ermənistan terrorçu dövlətdir. “İsgəndər” raketinin sorğusu nəyinki Ermənistandan, hətta ona bu silahı verən dövlətdən də sorulmalıdır.

Bu vaxta qədər bizim əlimizdə dəqiq faktlar yox idi. Amma indi bu faktlar üzə çıxıb və biz bunu deməliyik. Biz Rusiyadan hansısa reaksiya olacağını gözləməli deyilik. Sübut olandan sonra bu dünyaya nümayiş etdirilməlidir ki, belə hadisələr bir də təkrar edilməsin. Rusiya Azərbaycanla əməkdaşlıq, dostluq edir. Bir tərəfdən də düşmənimizə çox ziyanverici silah verir. Belə əməkdaşlıq olmaz”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Türkiyəli bloqer Bakıdakı izdihamı "zoopark" adlandırıb? - Video

"Mərkəzi Komitənin şöbə rəhbəri məni otelə çağırdı…” – “Qayınana”nın Afəti

Paşinyan Lələkənddə: alver etdi, pulu az verdi - Video

Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

Zakir Həsənov generalları topladı, döyüş hazırlığı ilə bağlı tapşırıq verdi

Laçında mina partlaması nəticəsində yaralanan sakin Xankəndiyə təxliyə edilib - Yenilənib

Ən çox oxunanalar