Şənbə, 29 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Whatsapp”da yenilik olacaq


“Whatsapp”da bir neçə ildir ki, gözlənilən funksiya bu yaxınlarda istifadəyə veriləcək


Kiməsə göndərib sonradan peşman olduğunuz "kaş ki, göndərməsəydim"-dediyiniz məsələlər artıq tarixə qovuşacaq. Bunun qarşısını almaq üçün isə "Whatsapp" istifadəçilərinin cəmi 5 dəqiqəsi olacaq.

"Whatsapp" şirkəti "iPhone", "Android" və "Windows Phone" cihazlarından göndərilən bir mesajın necə geri qaytarıla biləcəyini açıqlayıb. Açıqlamaya əsasən "Geri qaytar" funksiyası ilə bir qrup və ya şəxsi mesajlaşma ekranında göndərilən mesajı geri qaytarmaq mümkün olacaq.

Amma bunu qısa bir müddət ərzində həyata keçirmək lazımdır. Göndərilən mesajı geri qaytarmaq üçün maksimum 5 dəqiqə vaxtınız var. Əks halda, mesajı geri qaytarmaq mümkün deyil. Əməliyyatın uğurlu keçməsini isə  ekrana çıxan "mesaj geri qayıtdı" cümləsi ilə anlamaq mümkündür.

Mesajı geri qaytarmaq üçün isə "Android"-də mesaja toxunub basılı saxlayın, sonra isə "Menyu" düyməsinə- "Geri qaytar"a toxunun. "iPhone" və "Windows Phone"da isə mesaja toxunub basılı vəziyyətdə saxlayın. Sonra isə "Geri qaytar" düyməsinə toxunun.

Əməliyyat uğurla başa çatsa, geri qaytardığınız mesaj söhbətdən silinir. Eyni şəkildə bir söhbətdə "mesaj geri qaytarıldı" yazısı görsəniz, bu göndərənin mesajı geri qaytardığı mənasına gəldiyini bildirir. (olkə.az)

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranda səsvermə gecə yarısına qədər uzadılıb - Yenilənib

Bakıda qıza görə qətlə yetirilən Turalın sevgilisi: "Məni şantaj edirdi"

Qızılın qiyməti kəskin ucuzlaşdı: Bazarda son vəziyyət

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Xarkova hücum Rusiya üçün böyük fəlakətə çevrilir

İsmayıllı sakinləri yaşadıqları dəhşəti danışdılar: "Səhərə kimi yatmamışıq"

Şuşada daşınmaz əmlak əldə etmək istəyənlərə şad xəbər

Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

Taksilərlə bağlı ciddi problemlər olacaq - Video

Məhərrəm ayı yaxınlaşır, toy etməyə tələsənlərin sayı artır

Ən çox oxunanalar