Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qəbələ" ilk oyunda Kipr klubuna məğub olub - Yenilənib

"Qəbələ" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib...

"Report"un bölgəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Kipr "Omoniya"sını qəbul edib.

Qəbələ şəhər stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 3:2.

Görüşdə hesabı Azərbaycan təmsilçisi açıb. 2-ci dəqiqədə Əyyub Əllaş topu rəqib qapısından keçirib. 45+1-ci dəqiqədə Roman Bezus cərimə zərbəsindən fərqlənməklə hesabı bərabərləşdirib. O, 50-ci dəqiqədə standart vəziyyəti növbəti dəfə dəqiq yerinə yetirib. 62-ci dəqiqədə Əyyub Əllaş özünün və "qırmızı-qaralar"ın ikinci qoluna imza atıb.

Bezus 82-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə het-trik müəllifi olub.

Cavab matçı bir həftə sonra Kiprdə olacaq. Cütün qalibi növbəti raundda "Midtullan" (Danimarka) - "Proqres" (Lüksemburq) duelinin güclüsü ilə üz-üzə gələcək.

Foto: Firudin Səlimov

***

"Qəbələ" və Kiprin "Omoniya" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu start götürüb.

"Qəbələ" və Kiprin "Omoniya" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.

"Report"un bölgəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, qonaqlar hesabda önə keçiblər.

82-ci dəqiqədə Roman Bezus penaltini dəqiq yerinə yetirməklə het-trik edib.

***

"Qəbələ" və Kiprin "Omoniya" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.

"Report"un bölgəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, qonaqlar hesabda önə keçiblər - 2:1.

50-ci dəqiqədə Roman Bezus ikinci dəfə cərimə zərbəsini dəqiq yerinə yetirib.

***

"Report"un bölgəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Qəbələ şəhər stadionundakı qarşılaşma saat 20:00-da başlayıb.

Görüşü rumıniyalı Andrey Çivulete idarə edir. Cütün qalibi növbəti raundda "Midtullan" (Danimarka) - "Proqres" (Lüksemburq) duelinin güclüsü ilə üz-üzə gələcək.

***

Qəbələdə eyniadlı komanda ilə Kipr "Omoniya"sı arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün heyətlər müəyyənləşib.

"Report"un bölgəyə ezam olunmuş əməkdaşı xəbəri verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Qəbələ": 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 28. Murad Musayev, 4. Lukas Afriko, 34. Urfan Abbasov, 7. Emil Səfərov, 99. Ahmed Ayzaya, 9. Əyyub Əllaş, 10. Omar Hani, 14. Ülvi İsgəndərov, 72. Osama Xalayla

Baş məşqçi: Elmar Baxşıyev

"Omoniya": 40. Fabiano, 3. Adam Mettyuz, 5. Senu Kulibali, 22. Adam Lanq, 6. Markinyos Sipriano, 31. Yoannis Kusulos, 8. Moretu Kassama, 10. Loizos Loizu, 90. Roman Bezus, 7. Villi Semedu, 18. Kərim Ansarifard

Baş məşqçi: Sofronis Avqusti

Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay