Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Fənərbağça"nın yeni baş məşqçisi kim olacaq? - İki namizəd var

Ötən gün Türkiyə Kubokunu qazanan "Fənərbağça" baş məşqçisi Jorge Jesusla yollarını ayırır...

Poliqon yerli mediaya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis "Başakşəhər"lə oyundan sonra komandanı tərk edəcəyini bildirib.

"Burada işləmək istəmirəm və ya xoşuma gəlmir kimi vəziyyət yoxdur. Əksinə, qeyd etdiyim kimi burada olmaqdan çox zövq aldım. Türk xalqı çox sevgi dolu insanlardır. Amma mən belə qərar verdim. İndi Portuqaliyaya gedirəm. Hələ gələcəyimlə bağlı qərar verməmişəm, gözləmək istəyirəm. Mən bunu prezidentimizə bir neçə həftə əvvəl dedim. Ona məlumat verdim ki, yeni axtarışa başlasın", deyə mütəxəssis qeyd edib.

Türkiyə mediasının məlumatına görə, hazırda "Fənərbağça"nın baş məşqçi postuna iki namizəd var. Bunlardan biri Abdulla Avcı, digəri Mirça Luçeskudur. Klub rəhbərliyi bu həftə onlarla görüşərək qərar verəcək.

Qeyd edək ki, Abdulla Avcı son olaraq "Trabzonspor"u çalışıdırıb (2020-2023). Mirça Luçesku isə Kiyev "Dinamo"suna başçılıq edir. Rumın məşqçi əvvəllər "Qalatasaray" və "Beşiktaş"a, həmçinin Türkiyə millisinə başçılıq edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Ən çox oxunanalar