Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ermənistan hakimiyyəti qeyri-peşəkar hərəkətləri ilə vəziyyəti gərginləşdirir"

Bunu Trend və "Azernews"a müsahibəsində beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov deyib

Ekspert qeyd edib ki, Nikol Paşinyanın Dağlıq Qarabağın gələcəkdə Ermənistanın tərkibinə qatılacağı barədə Moskvadakı açıqlamaları populist və əsassız fikirlərdir və müasir siyasi reallığa əsaslanmır:

"Bundan başqa, fikrimcə, bu cür bəyanatlar Moskvanın münaqişəni dinc yolla həll etmək səyləri fonunda təxribatçı görünür. N.Paşinyan Ermənistanın Azərbaycanla müharibəyə can atan qüvvələrinin xoşuna gəlməyə çalışır. Onun Rusiya ilə strateji ittifaqı davam etdirmək istədiyini nəzərə alsaq, bu, baş nazirin böyük səhvidir".

Y.Mixaylov qeyd edib ki, Ermənistandakı siyasi dəyişikliklərdən, xüsusilə də indiki hakimiyyətin tamamilə qeyri-konstruktiv davranışından asılı olmayaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilk növbədə regionda sülhün və təhlükəsizliyin təminatçısı olmaq istəyən Rusiya üçün vacibdir:

"N.Paşinyanın Dağlıq Qarabağ məsələsi ilə bağlı vəziyyəti qavramasının adekvatlığı barədə suala cavab verməkdə çətinlik çəkirəm. Ermənistanın indiki hökuməti qeyri-peşəkar hərəkətləri ilə vəziyyəti gərginləşdirməkdən başqa heç nə etmir. Bəzən isə çoxəsrlik dostluğu rəhbər tutaraq Moskva ilə dialoqu yoluna qoymağa çalışır, amma fikrimcə, Yerevan bu amillə oyun oynayır".

pia.az 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Ən çox oxunanalar