Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bu yağış aidiyyatı qurumlara bir xəbərdarlıq oldu"

Millət vəkili Fazil Mustafa “BBC News Azərbaycanca”ya deyib ki, yağıntının həddən artıq düşməsi nəticəsində Bakının iflic olması şəhər təsərrüfatının hazırlıqsızlığını göstərir:

“Belə bir bir yağışlara şəhər təsərrüfatları hazır olmalıdır, yollarda və axıntı infrastrukturunun doğru qurulmaması o yağışın dərhal körpüləri, yolları iflic vəziyyətə salmasına gətirib çıxardır. Buna görə də bu vəziyyətdən nəticə çıxarmaq lazımdır, çünki qarşıdan payızın daha yağışlı və qışın qarlı vaxtları gəlir”,- Fazil Mustafa belə deyib.

Deputat təəssüf edir ki, bu vaxta kimi görülən işlər həm yetərli olmayıb, həm də lazımı səviyyədə məsuliyyətlə görülməyib. O deyib ki, əslində bu yağış bir xəbərdarlıq oldu.

“Belə hallarda aidiyyətli qurumları çağırıb parlamentdə hesabat almaq imkanımız məhduddur və bu baxımdan bu qurumlar da hər hansı bir şəkildə parlamentin qarşısında məsuliyyət daşımadığına, heç bir sorğu-suala cavab vermədiklərinə görə belə bir situasiya yaranır”.

“Heç kim parlamentə hesabat vermir, heç bələdiyyə də hesabat vermir. Yəni parlamentin əslində müəyyən dərəcədə hesabat verilən orqana çevrilməsi elə bu problemlərin ortadan qaldırılmasına səbəb ola bilər, amma parlament bu vəziyyətdə səlahiyyətsizdir”,- Fazil Mustafa bildirib.

“Sovetdən qalma problem”

“Yağışdan sonra bir az su yığıldı, sonra da çəkilib getdi, elə bir ciddi fəsad verməyib”, – şəhərin mərkəzi rayonlarından biri olan Səbail rayon icra hakimiyyətinin rəsmisi Abid Əliyev “BBC News Azərbaycanca”ya bildirib.

Abid Əliyevin sözlərinə görə, “güclü yağış yağması Azərbaycan üçün xarakterik” deyil: “Ona görə də çox yağış-qar yağanda biz buna hazır olmuruq. Bu yağış bizim region üçün qeyri-adi idi və bizim su ötürücülərin onu ötürməyə gücü çatmır”.

Abid Əliyev bildirib ki, bu problem bir-iki günün işi deyil, sovet dönəmindən qalma problemdir.

“Azərsu” Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “BBC News Azərbaycanca”ya deyib ki, “hazırda heç bir fəsad qalmayıb, yağışdan bir saat sonra bütün yığılmış sular çəkilib gedib”.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

“Suların yığılmasının əsas səbəbi qısa müddətdə intensiv yağış yağması ilə bağlı olub. Bizim sistemlər hamısı işlək vəziyyətdə olmasına baxmayaraq, o suyu çatdırıb eyni anda ötürə bilmirdi və ona görə də biz məcbur qalıb, sahil kollektorunun iki xəttini açıb suları dənizə buraxdıq”,- Anar Cəbrayıllı belə deyib.

O deyib ki, normal yağış yağsa, heç bir problem olmayacaq, amma belə leysan xarakterli intensiv yağış yenə yağsa, harasa su yığıla bilər:

“Belə leysan istənilən kommunikasiya qurğularına problem yarada bilər”

Bakı amfiteatr formalıdır, bu gün “20 yanvar”a, “Yasamal”a, “Nəsimiy”ə yağan yağış suları hamısı yığılıb şəhərin aşağı hissəsinə, Neftçilər prospektinə, sahil zonasına gedir, ona görə də kommunikasiya qurğuları suyun nəql edilməsini çatdıra bilmir”.

Qurum rəsmisi bildirib ki, prezidentin yağış sularının ötürülməsi ilə bağlı 2016-cı ildə imzaladığı sərancama əsasən “Azərsu ASC” şəhərin müxtəlif nöqtələrində 14 yağış suyu layihəsini icra edib.

“Yasamal, Nərimanov, Xətai, Sabunçu rayonlarında və başqa yerlərdə işlər gördük, yağış sularının ötürülməsi ilə bağlı işlər görülüb. Ötən il bu işlər öz nəticəsin verdi, o ərazilədə fəsadlar olmadı”,- Anar Cəbrayıllı deyib. Onun sözlərinə görə, artıq bu sərəncamla bağlı işlər başa çatıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən isə xəbər verilib ki, sentyabrın 23-də Bakıya güclü yağış yağıb.

Beləki, aylıq norma 17.2 mm olduğu halda dünən paytaxta 21 mm yağıntı düşüb və bu aylıq normanın 122 faizini təşkil edib.

(BBC Azərbaycancan)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Ən çox oxunanalar