Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

«Rusiya bazarındakı mineral suların 80 faizi saxtadır!» – Bəs, Azərbaycanda vəziyyət necədir?

Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko bəyan edib ki, Rusiyadakı mazağazaların vitrinlərində kontrfakt (saxta) «mineral» suların payı artıq 80 faizə yaxınlaşıb

Spiker bu rəqəmi bazar ertəsi, iyulun 8-də Stavropol diyarının hakimiyyəti ilə keçirdiyi iclasın gedişində səsləndirib.

«Rəflərdə mənşəyi məlum olmayan daha çox «mineral» sular var. Espertlərin qiymətləndirməsinə görə, dükanların rəflərində yerləşdirilmiş mineral suların 80,0 faizi öz adına uyğun gəlmir» – deyə, «İnterfaks» Matviyenkodan sitat gətirir.

Federasiya Şurası sədrinin sözlərinə görə, hakimiyyət bu mövzunu diqqətdə saxlayır və artıq lazımi tədbirləri görür. O, qeyd edib ki, regionlar da «kontrfakt» məhsullar istehsal edən istehsalçılarla mübarizəyə qoşulmalıdır. Nümunə qismində Matviyenko «Rospatent»i xatırladıb. Bu idarə «Yesentuki» mineral suyu istehsal edən 30 firmanı cəzalandırıb – bu firmaların heç biri eyniadlı mənbədən həmin suyu hasil etmir.

Bundan əvvəl, iyun ayında xəbər verilmişdi ki, «Rospatrebnadzor» kontrfakt məhsulların istehsalı və dövriyyəsini aradan qaldırmaq məqsədilə, xüsusi markalama təklif edib. Uyğun təklif Rusiya Sənaye və Ticarət Nazirliyinə göndərilib…

Təəssüf hissi ilə qeyd edilməlidir ki, bu baxımdan Azərbaycan bazarında vəziyyət, ümumiyyətlə, fəlakətli həddə çatıb – mağazalarda satışa çıxarılan ərzaq məhsullarının təxminən, 95 faizinin mənşəyini müəyyən etmək mümkün deyl. Nədən ki, ölkəmizdə «Ticarət və xidmət qaydaları» adlı hökumət sənədinin tələblərinə 100/100 əməl olunmur, hökumət isə həyat əlamətləri göstərmir…

Elə götürək, Rusiyanın mineral sularını – məsələn, «Yesentuki» sularını. Matviyenkonun sözlərinə görə, Rusiya bazarında «Yesentuki» adı altında istehlakçılara təklif olunun «mineral» suyun 80,0 faizi saxtadır. Belə bir vəziyyətdə qonşu ölkədən Azərbaycana orijinal «Yesentuki» suyunun gətirilməsi ən azı, şübhəli görünür. Bəs, bu sular (digərləri) Azərbaycan bazarına necə yol tapır?

Şübhə yoxdur ki, onlar elə Azərbaycanın özündə «bütılkalara doldurulur» və müvafiq qaydada markalanır. Deməli, Azərbaycanın müvafiq strukturları sadəcə, bu vəziyyətə göz yumur!

İndi yayın isti günləridir – əhalinin müəyyən kateqoriyası sərinləşdirici içki qismində «pivəyə dəm verir». Fəqət, heç kim fərqinə də varmır ki, içdiyi PİVƏ DEYİL - ən yaxşı halda, təmizlənməmiş spirtdən (digər halda isə texniki spirtdən) hazırlanmış kontrfakt məhsuldur. Belə vəziyyətin hökm sürdüyü bir zamanda «Qida təhlükəsizliyi kontoru» bütün bunlara göz yumur və görüntü yaratmaq məsədilə, hərdən qeyri-kompetent çıxışlar edir – «arabanın yeddinci təkəri»ndən dəm vurur…

pia.az


Etiket: mineral sular

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödəniləcəyi vaxt açıqlanıb

Ən çox oxunanalar