Çərşənbə axşamı, 09 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zooloqdan həyəcan təbili: "Tülkülər quduzluq xəstəliyi yayırlar"

Son günlər paytaxtın müxtəlif ərazilərində tülkülər peyda olublar...

Mərdəkanda, Pirallahıda, Qalada, Badamdar ərazisində çoxsaylı tülkü ailələri gözə dəyir. Hətta artıq Bakının Səbail rayonunun sakinləri də bununla bağlı şikayət ediblər.

Oxu.Az sakinləri narahat edən məsələ ilə əlaqədar mütəxəssisin fikrini alıb. Tülkülər niyə şəhər ərazisində peyda olurlar? Onlar hansı xəstəliyi yayırlar? Onların ərazidən kənarlaşdırılması üçün hansı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun əməkdaşı Elşad Əsgərov bildirib ki, bəzi insanlar hətta tülküləri yemləyirlər:

"Tülkülərin şəhərə axını, insanlara hücumu deyə bir söhbət yoxdur. Bunu bəziləri pafos xətrinə yazırlar. Tülkülər insan məskənlərinə tədricən yaxınlaşmağa başlayıblar. Bunun bir neçə səbəbi var. Əvvəla, bu ərazilərdə uzun müddət öncə tülkülər yaşayıblar. Biz şəhər salırıq, zamanla onun ərazisi böyüyür və heyvanların yaşayış məskənlərini əlindən alır. İndi tülkülər də bizimlə birgə yaşayırlar. Ya onlar çıxıb getməlidirlər, ya da birgə ortaq mühitdə yaşamağı öyrənməliyik.

Vəhşi heyvanları şəhərə cəlb edən bir amil də asan əldə edilən yemdir. İnsanlar məişət tullantılarını vaxtlı-vaxtında utilizasiya etmirlər, ona görə heyvanlar da zibilliklərdə toplaşırlar.

Tülkülərin yaşadığı dağ-dərədə siçovullar var, onlarla qidalanırlar. Şəhərdə isə çoxsaylı zibilxanalar, təmizlənməmiş ərazilər, utilizasiya olunmamış məişət tullantılarının qalaqlandığı ərazilər var. Tülkülər siçovullarla, siçanlarla yanaşı, bu məişət tullantıları ilə də qidalanırlar.

Bu ərəfələr tülkülərin balalama dövrüdür. Bir tülkünün 5-10 balası ola bilir. Binanın zirzəmisində özlərinə yer ediblər, gecələr çıxıb məişət tullantılarını yeyir, qayıdırlar".

Bəs tülkülərdən necə can qurtarmaq olar?

E.Əsgərov bildirir ki, tülküləri şiddət göstərməklə qovmaq doğru deyil:

"Onları güllələmək, öldürmək düzgün deyil. Həyət evində, tülkülərin məskunlaşdığı yerlərdə it saxlamaq kifayətdir. Tülkülər özləri qurduqları yuvanı tərk edib gedəcəklər. Sadəcə, bir məsələ var ki, tülkülər quduzluq xəstəliyi yaya bilərlər. Quduzluq isə çox dəhşətli xəstəlikdir".

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident Beyləqana yeni icra başçısı təyin edib

Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib - Sərəncam

Ata 13 yaşlı qızına təcavüz etdi: 18 il həbs olundu

Qusar Rayon İcra Hakimiyyətinə başçı təyin edilib

Bakıda sünnət edilən 4 aylıq körpənin ölümü ilə bağlı təfərrüat

Azərbaycanın bir rayonunda torpaqların çıxarışları pulsuz veriləcək

Zirəddin Rasimin ölümü ilə bağlı həqiqətləri açdı - "Boğulmayıb..." - Video

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlanıb

Xalq artistinin səhhətində problem yarandı: Əməliyyat olundu

Azərbaycanda 3 bağlanmış bankın əmlakları hərraca çıxarılır

Ən çox oxunanalar