Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Vaşinqton AB üzvlərinin “qızıl qəfəsdən” azad olmasını istəmir...

Avropa İttifaqı Şurasının sədri vəzifəsinə başlayar-başlamaz Macarıstanın baş naziri Viktor Orban bir neçə kritik səfərlər edib...

Politoloq: “Orban Rusiya-Ukrayna müharibəsinin həm AB, həm də dünya miqyasında riskli bir hala gəldiyinin fərqindədir”.

“Tarixi aspektdən baxdıqda Macarıstan XVI əsrə, Osmanlı sultanı Qanuni Süleyman tərəfindən fəth edilənə qədər Avropada əsas aparıcı siyasi güc idi. Görünən odur ki, aradan keçən 500 il sonrası rəsmi Budapeşt Viktor Orbanın timsalında Avropa siyasətində yön verməyə və aparıcı güc olmağa qərarlıdır”.

Bu sözləri politoloq Turan Rzayev Macarıstanın baş naziri Viktor Orban etdiyi bir neçə kritik səfərləri Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Şurasının sədri vəzifəsinə başlayar-başlamaz Macarıstanın baş naziri Viktor Orban bir neçə kritik səfərlər edib. İyulun 2-də Kiyevə, iyulun 5-də Moskvaya səfər edən Orban bu gün Pekinə gəlib. Macarıstan baş nazirin səfərlərinin məqsədini Ukraynada sülh yaratmaq cəhdi ilə izah edib, lakin Avropa İttifaqı bu səfərlərə sərt etiraz edib. Digər tərəfdən isə, Qərb mətbuatı Orbanın səfərlərini Ukraynanı Rusiyaya qarşı yardımdan məhrum etmək məqsədi daşıdığını yazıb.

Ukrayna ilə heç də yaxşı münasibətləri olmayan Macarıstanın bu cəhdini necə dəyərləndirmək olar? Orbanın bu missiya hansısa səviyyədə uğurlu ola bilərmi?

Orbanın xarici siyasətini Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Orbanın bu çətin missiyanın öhdəsindən gəlib-gəlməyəcəyini təbii ki, zaman göstərəcək. Amma bütün hallarda o, Avropada real işlər görən nadir liderlərdəndir”.

Hazırda Avropada İttifaqının ABŞ təsirindən çıxıb müstəqil bir blok kimi xarici siyasət yeritməsini dəstəkləyən qüvvələrin olduğunu nəzərə çatdıran politoloq Poliqon-a bildirib ki, Orban da bu qüvvələrdəndir:

“Macarıstan Baş naziri Viktor Orbanın Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitində iştirakı Qərbdə birmənalı qarşılanmayıb. Buna ilk reaksiya Avropa Birliyinin xarici işlər üzrə komissarı Cozep Borreldən gəlib.

Borrel Orbanın Avropa Birliyini (AB) Azərbaycanda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində təmsil etmək səlahiyyəti olmadığını bildirib. AB Orbanın Moskvaya səfəri zamanı da bənzər reaksiyanı vermişdi. Bu mənada Cozep Borrelin reaksiyası təəccüblü deyil. Lakin bununla belə reaksiya əsassız və məntiqsizdir. Məsələ ondadır ki, Macarıstan TDT-da müşahidəçi statusuna malikdir və Orban Şuşada keçirilən sammitdə buna görə iştirak edib. Yəni o, sammitdə AB-ni təmsil etməyib. Ümumiyyətlə, AB-nin üzv ölkələrə başqa təşkilatda təmsil olunmağı qadağan edən hüququ yoxdur.

Aydın məsələdir ki, Cozep Borrelin reaksiyası nə Orbanın TDT-ın sammitində iştirak etməsi ilə, nə də bu iştirakın AB maraqları çərçivəsində olmaması ilə bağlıdır. Müqayisə üçün deyim ki, Orban bir çox Avropa liderindən fərqli olaraq nə boş söz deyir, nə də yerində sayır. O konkret addımlar adaraq real işlər görməyə çalışır.

Turan Rzayev: “Orbanın Avropa lideriləri arasında xüsusi aktivlik göstərməsi, görünür, bəzi dairələri narahat edib”.

Orban Rusiya-Ukrayna müharibəsinin həm AB, həm də dünya miqyasında riskli bir hala gəldiyinin fərqindədir. Prosesin ən qısa zamanda həlli üçün real addımın atılmalı olduğunu da dəfələrlə deyib. Bir neçə gün öncə isə o, Moskvaya səfər etdi və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar apardı.

Orban daha sonra TDT-nin sammitində iştirak üçün Şuşaya gəldi. Sammitdən sonra isə Macarıstanın Baş naziri Pekinə səfər etdi. Orbanın Avropa lideriləri arasında xüsusi aktivlik göstərməsi, görünür, bəzi dairələri narahat edib.

Ümumiyyətlə, hazırda Avropada İttifaqının ABŞ təsirindən çıxıb müstəqil bir blok kimi xarici siyasət yeritməsini dəstəkləyən qüvvələr var. Orban da bu qüvvələrdəndir. Lakin, Vaşinqton AB üzvlərinin “qızıl qəfəsdən” azad olmasını istəmir. Cozep Borrelin etirazı əslində ABŞ-ın etirazıdır.

Tarixi aspektdən baxdıqda Macarıstan XVI əsrə, Osmanlı sultanı Qanuni Süleyman tərəfindən fəth edilənə qədər Avropada əsas aparıcı siyasi güc idi. Görünən odur ki, aradan keçən 500 il sonrası rəsmi Budapeşt Viktor Orbanın timsalında Avropa siyasətində yön verməyə və aparıcı güc olmağa qərarlıdır. Orbanın bu çətin missiyanın öhdəsindən gəlib-gəlməyəcəyini təbii ki, zaman göstərəcək. Amma bütün hallarda o, Avropada real işlər görən nadir liderlərdəndir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Kir Starmer: İran-İsrail münaqişəsi dünya üçün dağıdıcı nəticələrə səbəb olacaq

Azərbaycan Premyer Liqası: Bu gün IX tura yekun vurulacaq

Ən çox oxunanalar