Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zəngəzur dəhlizinin açılması Azərbaycana nə qazandıracaq? - Deputat açıqladı

Azərbaycan Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə çıxışı zamanı qədim Azərbaycan torpağı Zəngəzurun indi türk dünyasının birləşməsi rolunu oynayacağını bildirib. Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq”.

Bunu Milli Məclis deputatı Vüqar Bayramov deyib. O qeyd edib ki, söhbət 1.1 trilyon dollardan çox nominal ümumdaxili məhsulu olan Türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir:

“Belə ki, Türkiyə 761.4 milyard dollar, Qazaxıstan 181.7 milyard dollar, Özbəkistan 57.9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-yə malikdir. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək.

Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq.

Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Politoloq: Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır...

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Lamiyə Vəliyevanın atası: "Qızımla nə qədər qürur duysam, azdır"

Qərb Rusiyanın təhdidlərinə boyun əyir, nüvə müharibəsi yaxınlaşır

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

Müharibənin ən bahalı 24 saatı: Ruslar Pokrovsk yolunda "rekord" qırıb...

Ən çox oxunanalar