Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski: Qış müharibəninin gedişatını ləngidir

Ukrayna prezidenti Davos çıxışında qışın müharibənin gedişatını ləngitdiyini deyib…

Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçılarına videobağlantı vasitəsilə danışan Ukrayna Prezidenti Vladimir Zelenski qışın başlamasının Rusiyaya qarşı müharibədə irəliləyişi ləngitdiyini deyib.

PİA.az CNN-ə istinadən xəbər verir ki, həmçinin Ukrayna prezidenti çıxışı zamanı Rusiyanın təcavüzünə qarşı daha sürətli qərarlar qəbul etməyə çağırıb.

“Müharibə yaxşı bir şey deyil, qışda isə vəziyyət daha da ağaırlaşır. Hamı yorulur - təbiət də, insanlar da, Allaha şükür ki, düşmən də”, deyə Ukrayna lideri vurğulayıb.

CNN xəbər verir ki, Ukrayna prezidenti Donbasda gündəlik döyüşlər və irəliləyişin necə səngidiyi barədə də danışıb, həm də əlavə edib ki, ukraynalılar güçlü əzmə sahibdirlər və Rusiyanın işğalına qarşı birləşiblər.

“Biz işğala qarşı əzmlə, qətiyyətlə dayanırıq. Mən sağ olan və itirdiyimiz bütün əsgərlərimizə göstərdikləri şücaətə görə minnətdaram. Həqiqətən çətindir, amma biz həm də millət olaraq güclüyük. Biz birləşmişik, motivasiyalı olduğumuz üçün təşkilatlanmışıq. Müharibəyə biz başlamamışıq, amma onu bitirməliyik”, deyə Ukrayna prezidenti çıxışı zamanı qeyd edib.

Zelenski həmçinin Qərb müttəfiqlərinə hərbi və iqtisadi dəstəyə görə təşəkkür edib və əlavə yardımın Ukraynanın bu müharibədə qələbəsini təmin edəcəyini bildirib.

“Tiranlıq demokratiyanı qabaqlayır. Müharibəni başlamaq üçün Rusiyaya bir saniyədən də az vaxt lazım oldu. Azad dünyanın düşünmək üçün istifadə etdiyi vaxtdan, terrorist dövlət öldürmək üçün istifadə edir. Ukrayna və onun müttəfiqləri demək olar ki, tiranlığa qarşı müqavimət göstərirlər. Son bir ildə bu müharibə sübut etdi ki, bizim bütün fəaliyyətlərimiz müsbət nəticələr verib”.

Zelenski qeyd edib ki, Rusiya 2014-cü ildə Krımı işğal edəndə, sonra isə 2022-ci ilin fevralında bütün ölkəni işğal etməyə cəhd edəndə dünya tərəddüd edib.

“Dünya bu gün və heç vaxt tərəddüd etməməlidir”, deyən Zelenski qeyd edib ki, dünya Rusiyanın yeni addımlarını atdığından daha sürətli hərəkət etməlidir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Ən çox oxunanalar