Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski ABŞ-a təşəkkürünü bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynaya hərbi yardımı ehtivan edən qanun layihəsini təsdiqlədiyinə görə ABŞ Konqresinin Nümayəndələr Palatasına təşəkkürünü bildirərək sənədin Senatda da dəstəklənəcəyinə ümid etdiyini söyləyib.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı sosial şəbəkədə paylaşım edib.

ABŞ Konqresinin Nümayəndələr Palatasına, hər iki partiyaya və şəxsən spiker Mayk Consona tarixi doğru yolda saxlayan qərara görə minnətdaram.

Demokratiya və azadlıq həmişə qlobal önəmə malik olacaq və Amerika onu qorumağa kömək etdikcə, heç vaxt uğursuz olmayacaq. ABŞ Nümayəndələr Palatasının bu gün qəbul etdiyi həyati vacib yardım haqqında qanun layihəsi müharibənin genişlənməsinin qarşısını alacaq, minlərlə və minlərlə insanın həyatını qurtaracaq və hər iki xalqımızın daha da güclənməsinə kömək edəcək.

Ədalətli sülh və təhlükəsizlik yalnız güclə əldə edilə bilər.

Ümid edirik ki, qanun layihələri Senatda dəstəklənəcək və Prezident Baydenin masasına göndəriləcək. Təşəkkürlər, Amerika!”, – o qeyd edib.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. Daha sonra qanun layihəsi əksəriyyətin Ukraynaya yardımı dəstəklədiyi Senata ötürüləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay