Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaxarova ABŞ-ı BMT TŞ-nin qətnamələrini “əxlaqsızcasına pozmaqda” ittiham edib

Rusiya XİN-nin rəsmi nümayəndəsi ABŞ-ın Yəmənə aviazərbələrini BMT Təhlükəsizlik Şurasının qətnamələrinin “əxlaqsız təhrifi” adlandırıb...

“Birləşmiş Ştatlar Hərbi Hava Qüvvələrinin təyyarələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əxlaqsızcasına təhrif edilməsinə daha bir nümunədir”.

Poliqon xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın yanvarın 12-nə keçən gecə Yəməndə husilərə qarşı endirdiyi zərbələri belə şərh edib.

ABŞ-ın Yəmənə aviazərbələri anqlo-saksonların öz dağıdıcı məqsədləri üçün regionda vəziyyəti gərginləşdirmək adı altında BMT Təhlükəsizlik Şurasının qətnamələrini əxlaqsızcasına təhrif etməsinə və beynəlxalq hüquqa tam məhəl qoymamasına daha bir nümunədir”, deyə Rusiya diplomatiyasının sözçüsü öz Teleqram kanalında yazıb.

Qeyd edək ki, bu axşam ABŞBritaniya Yəməndəki Husi hərəkatının mövqelərinə zərbələrlər endiriblər. ABŞ Hərbi Hava Qüvvələrinin məlumatına görə, zərbələr Yəməndə husilərin 60-dan çox hədəfinə yönəlib. Ümumilikdə 100-dən çox müxtəlif yüksək dəqiqlikli raket atılıb. Husilərin Qırmızı dənizdə ticarət gəmilərinə təkrar hücumları səbəbindən ABŞ-Britaniya hərbi əməliyyatı yanvarın 12-nə keçən gecə başlayıb.

Qeyd olunur ki, əməliyyatda ABŞ və Böyük Britaniyadan başqa Avstraliya, Bəhreyn, Kanada və Hollandiya da iştirak edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay