Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yunanıstan seçkiləri: Hakim partiya rekord vurdu...

Yunanıstanda parlament seçkiləri ölkənin hazırkı baş naziri Kiriakos Mitsotakisin "Yeni Demokratiya" partiyasının rekord faizlə qələbəsi ilə başa çatıb...

Poliqon Yunaıstanın Prothotema nəşrinə istinadən xəbər verir ki, siyasi hakimiyyət son 49 ildə ən yüksək nəticə və ölkə tarixində ikinci ən böyük fərqlə qalib gəlib.

Bildirilir ki, “Yeni Demokratiya” 40,79 faiz, əsas rəqibi (müxalifət partiyası SİRİZA) isə 20,07 faiz səs toplaya bilib.

“20 faizlik fərq Yunanıstanın inqilabdan sonrakı dövründə ikinci ən böyük göstəricidir. Yalnız 1974-cü il seçkilərində qaliblə ikinci yer arasındakı fərq daha böyük olub”, deyə nəşr qeyd edir.

Seçkidə üçüncü yeri PASOK Sosialist Partiyası tutub - 11,64%.

Səslərin sayına görə dördüncü və beşinci partiyalar Yunanıstan Kommunist Partiyası (KKE) və ifrat sağçı “Yunan Həlli” olub - müvafiq olaraq 7,22% və 4,45% səs. Seçkilərdə iştirak edən digər dörd partiya isə 3%-dən az səs toplayıb.

Bildirilir ki, qalib gələn “Yeni Demokratiya” partiyası uğurlu nəticə əldə etsə də, parlamentdə mütləq səs çoxluğu əldə edə bilməyəcək. SİRİZA və PASOK ilə birlikdə koalisiyanın yaradılması gözlənilir.

Mayın 22-də ölkə lideri Katerina Sakellaropulou 3 gün ərzində yeni hökumətin yaradılması barədə göstəriş verib. Tərəflər razılığa gələ bilməsələr, ölkədə müvəqqəti hökumət qurulacaq və yeni seçkilər təyin ediləcək.

Qeyd edək ki, partiyaların seçkiqabağı kampaniyada əsas siyasi şüarlarından biri yunanların həyatını yaxşılaşdırmaq vədləri olub: əhaliyə minimum əmək haqqının artırılması, qiymətlərin sabitləşdirilməsi və yeni iş yerlərinin təşkili vəd edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay