Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yersiz konteynerlər: Bakıda zibil qutuları dayanacağın yanına qoyuldu - Video

Bakının Zabrat qəsəbəsində zibil yeşikləri avtobus dayanacağı nişanının olduğu əraziyə qoyulub...

Xezerxeber.az-ın məlumatına görə, ona görə də sərnişinlər konteynerlər olan yerdən avtobusa minirlər.

Söhbət Sabunçu rayonu, Zabrat qəsəbəsinin əsas yolundan gedir.

Zabrat-Maştağa şossesində dayanacaqlardan birinin düz yanına zibil yeşikləri qoyulub.

Avtobuslar üçün nəzərdə tutulan dayanacağa tullantıların atılması üçün 3 ədəd konteyner qoyulub.

Sərnişinlər eyni ərazidə dəqiqələrlə avtobus gözləyir, ictimai nəqliyyata minib-düşürlər.

Sərnişinlər yeşiklərin yerinin dəyişdirilməsini, üstəlik, burada dayanacağın quraşdırılmasını istəyirlər.

Məsələ ilə bağlı Sabunçu Rayonu İcra Hakimiyyətinin Zabrat qəsəbəsindəki nümayəndəliyindən bildirilib ki, həmin konteynerlər dolmadan mütəmadi olaraq tullantılar daşınır. Yəni ərazidə antisanitar vəziyyətin yaranmasına imkan verilmir.

Konteynerlərin niyə dayanacaq nişanı olan əraziyə qoyulmasına gəldikdə isə bildirilib ki, həmin hissədə sıx məskunlaşma olduğundan yer məhdudiyyəti var. Əvvəllər həmin yeşiklərin yeri dəyişdirilsə də, sakinlər buna ciddi etiraz edərək elə həmin hissəyə qoyulmasını istəyiblər. Nümayəndəlikdən bildirildi ki, əgər sakinlər razılığa gəlsə və özləri uyğun bir yer seçsələr, yeşiklərin yerini dəyişə bilərlər.

Daha ətraflı süjetdə:

pia.az 


Etiket: Zibil qabları


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Ən çox oxunanalar