Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeniyetməni 37 yaşlı kişiyə ərə verirdilər, qarşısı alındı

Daha bir erkən nikaha cəhdin qarşısı alınıb...

Pravda.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat yayıb. O bildirib ki, vətəndaş şikayəti əsasında Beyləqanda 16 yaşlı qızın 42 yaşlı şəxsə zorla ərə verildiyinə dair məlumat araşdırılıb:

"Məlum olub ki,16 yaşlı qızla 37 yaşlı Tərtər rayonu Sarıcalı kənd sakini Həsən (şərti ad) adlı şəxslə aralarında kiçik nişan mərasimi təşkil olunub. Məsələ ilə bağlı azyaşlı və onun valideynləri dərhal Rayon İcra Hakimiyyətinə dəvət olunaraq onlarla profilaktik söhbət aparılıb. Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın üzvləri, o cümlədən rayon Polis şöbəsinin əməkdaşının iştirakı ilə baş tutan görüşdə həm azyaşlı, həm də valideynləri ilə ayrı-ayrılıqda söhbət aparılıb.

Azyaşlı və valideynlərinə qanunvericiliyin tələbləri izah olunaraq, onlara xəbərdarlıq olunub.Onlar əməllərindən peşman olduqlarını bildirərək, qanunvericiliyin tələblərinə əməl edəcəklərini bildiriblər.

Valideyinlərin izahatları alınıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət KomitəsiBeyləqan Rayon İcra Hakimiyyətindən verilən məlumata görə azyaşlının ailəsi İcra Hakimiyyətinin və rayon Polis şöbəsinin nəzarətində saxlanılmaqla, təhsilinə cəlb olunması üçün tədbirlərə başlanılıb”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

ABŞ Kiyevə 2,3 milyard dollarlıq silah paketi ayırdığını elan etmək niyyətindədir

İyulda gözlənilən maqnit qasırğaları: Nə vaxt olacaq?

Ərdoğan: Suriyada sülhə xidmət edəcək əlavə addımlar atıla bilər

Ən çox oxunanalar