Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni Zelandiya Rusiya, İran və Çini milli təhlükəsizliyinə təhdid elan etdi...

Yeni Zelandiya tarixdə ilk dəfə olaraq dövlətin yaxın illərdə üzləşə biləcəyi əsas təhlükələrin siyahısını dərc edib...

Poliqon xəbər verir ki, Yeni Zelandiyaya ciddi ziyan vura biləcək ölkələr arasında Çin, Rusiyaİran var. Siyahı ölkənin əsas kəşfiyyat idarəsinin (NZSIS) saytında dərc olunub.

NZSIS hesabatında ölkənin təhlükəsizliyinə üç əsas təhdid müəyyən edilib: zorakı ekstremizm, xarici müdaxilə və casusluq.

“Yalnız az sayda ölkə müdaxilə edə, lakin onlar bunu aqressiv şəkildə reallaşdıra bilərlər. Buna görə də onlar ciddi ziyan vurmağa qadirdirlər. Bunlara Çin Xalq Respublikası, İran İslam Respublikası və Rusiya daxildir”, deyə məlumatda bildirilir.

Sənəddə qeyd edilir ki, hazırda beynəlxalq təhlükəsizlik sahəsində vəziyyət son onilliklərlə müqayisədə daha mürəkkəb və daha az proqnozlaşdırıla biləndir.

"Dövlətlər arasında rəqabətin güclənməsi ona gətirib çıxarır ki, ölkələr qlobal problemlərin həllində birgə yanaşmalardan imtina edirlər", deyə departament qeyd edib.

NZSIS-in baş direktoru Endryu Hampton hesabatı təqdim edərkən bildirib ki, ölkələr arasında rəqabət getdikcə şiddətlənir və bu, bəzi dövlətləri casusluq və xarici müdaxilə kimi vasitələrlə üstünlük əldə etməyə sövq edir: "Lakin başa düşmək lazımdır ki, vətəndaşlar deyil, yalnız hökumətlər və onların adından hərəkət edən insanlar təhlükə yaradır".

Rusiyaya gəlincə, NZSIS Ukrayna ərazisinə davam edən müdaxilənin tədarük zəncirlərində fasilələrə səbəb olduğunu və bunun da beynəlxalq sabitliyə təsir etdiyini qeyd edib. Bundan əlavə, Yeni Zelandiya tərəfinin fikrincə, Rusiya enerji bazarındakı üstünlüyündən istifadə edərək digər dövlətlərin daxili işlərinə qarışır. Həmçinin kəşfiyyat qeyd edir ki, Rusiyanın dezinformasiya yaymaq üçün apardığı informasiya kampaniyaları xüsusi olaraq Yeni Zelandiyanı hədəf almır, baxmayaraq ki, bu, onun bəzi vətəndaşlarının fikirlərinə təsir göstərir.

Yeni Zelandiya kəşfiyyat xidməti Çindən gələn təhdidlərdən danışarkən qeyd edib ki, son vaxtlar onun ölkədəki Çin icmalarına müdaxiləsi və təzyiqi təhlükəsi daha aydın görünür: "Biz ÇXR kəşfiyyat xidmətlərinin Yeni Zelandiya və Hind-Sakit okean regionunda fəaliyyətindən yaxşı xəbərdarıq və bunu mürəkkəb problem hesab edirik".

Həmçinin NZSIS vurğulayıb ki, müxalifəti susdurmağa çalışan İran getdikcə aqressivləşir. “İslam Respublikasının Yeni Zelandiyadakı fəaliyyəti tarixən həmişə çətin olub, lakin biz bu dövlətdən gələn təhlükələri qiymətləndirməyə davam edirik", deyə sənəddə qeyd edilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - Yenilənib

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay