Cümə axşamı, 27 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni parlamentə yol tapa bilməyən köhnə deputatlar... - Siyahı

Bir qrup deputat yeni parlamentdə təmsil olunmayacaq...

Xəbər verdiyimiz kimi, dünən hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatlar iclas keçirərək növbədənkənar parlament seçkiləri ilə bağlı Prezidentə müraciət etmək barədə müraciət ediblər. Bu gün isə Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. Bi isə o deməkdir ki, yaxın iki ay ərzində Azərbaycanda növbədənkənar parlamentseçkiləri keçiriləcək.

Bəs hazırkı Milli Məclisin tərkibində olan və parlamentin buraxılması üçün prezidentə müraciət ünvanlayan deputatlar arasında kimlər yenidən mandata sahib olmaya bilərlər?

Poliqon-un əldə etdiyi məlumata görə parlamentin hardasa üçdə bir hissəsi yenilənəcək. Onların arasında isə artıq mandat almaları imkansız görünən bəzi deputatların adları da redaksiyamıza məlum olub.

Siyahıya ölkənin qocaman deputatlarından olan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı rəhbərlik edir. Fəzail bəyin partiyasın da ümumiyyətlə parlamentdə təmsil olunub-olunmamsı sual altındadır.

Milli Məclisin 5-ci və 6-cı çağırış deputatı olan Cavanşir Feyziyevin də mandatdan məhrum olunacağına şübhə olunmur. Qeyd edək ki, həm də iş adamı kimi tanınan Cavnşir Feyziyevin London məhkəməsi ilə qalmaqallar yaşamaqdadlr.

Mandatsız qalacaq digər deputat isə Aqiyə Naxçlvanlıdır. Xatərladaq ki, ötən seçkilərdə Müəllimlər İnstitutunun rektoru olan Aqiyə xanima rektorluqla deputalıq ararında seçim etmək məcburəyyində qalmışdı və Aqiyə Naxçlvanlı deputat olmağa üstünlük vermişdi.

1999-cu ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin 3-cü, 4-cü, 5-ci və 6-cı çağırış deputatı olan Novruz Aslanov da mandatla vidalaşanlar arasındadır. Ola bildin ki, ilin sonuna qədər Novruz Aslanov Qızıl Aypara Cəmiyyətindən də uzalaşdırılsın.

Mandatsıq qalan digər qocaman deputatlardan biri də Tahir Rzayevdir. Qeyd edək ki, Tahir Rzayev Milli Məclisin 2-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı çağırış deputatı olub.

Yaşının həddən artıq çox olması səbəbindən Ziyad Səmədzadə də mandatını təhvil verir. Həmçinin Milli Məclisin keçmiş sədri Oqtay Əsdov da bu dəfə mandata sahib ola bilməyəcək.

İş adamı Rüfət Quliyevin də mandat sahibi olmayacağı güman olunur. Həmçinin Milli Məclisin biznesmen deputatları və ilk dəfə deputat kreslosuna sahib olan Məşhur Məmmədov və Elnur Allahverdiyev də mandatsız qalacaqlar. Onalrın fəaliyyətinin heç də ürəkaçan olmadığı bildirilir.

Nəhayət gənc depuatlardan sayılan Razi Nurullayevin də mandat alması imkansız görünür. Mənbəmiz bildirib ki, Razi Nurullayevin partiyası da bu dəfə Milli Məclisdə təmsil olunmayacaq. Onu başqa bir partiyanın əvəz edəcəyi gözlənilir.

Poliqon.info



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı Neftçalada “Aqropark”ın fəaliyyətə başlamasını niyə istəmir?

Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Konstitusiyaya uyğundur - Qərar, Yenilənib

Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Adıgözəl Qasımov dəfn edilib - Yenilənib

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının prezidentini qəbul edib - Yenilənib

Ukrayna Avropa yolundan saparsa, Aİ ona yardımdan imtina edəcək

Milli Məclisdə ÜST nümayəndəsi ilə görüş keçirilib

81 yaşlı Bayden və 78 yaşlı Tramp: Kim daha dörd il Ağ Evdə hökm edəcək?..

“Forbes”: Vahid Ələkbərov dividend gəlirlərinə görə ən varlı rusiyalıların siyahısında birincidi

Ryabkov: Qərb Rusiya ilə münasibətlərdə geri dönüşü olmayan nöqtəyə yaxınlaşır...

Ən çox oxunanalar