Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni məmurların fəaliyyəti oliqarxa çevrilən sabiq məmurların fəaliyyətindən nəylə fərqlənir? - İqtisadçı-alim faktlarla danışdı...

Son zamanlar məmurların xaricdəki milyonluq mülk və biznesləri haqqında məlumatların azalması baş verib...

İqtisadçı-alim: “Ən acınacaqlı vəziyyət ölkədə kiçik məmur postundan tutmuş, ən sadə iş qollarına qədər, hətda xadimə işinə qədər işə ya rüşvətlə, ya da tanışlıqla qəbul edilməsidir”.

Azərbaycanda ən sıx rast gəlinən korrupsiya hallarından biri də tender maxinasiyalarıdır, hansı ki, kiçik və orta biznesin önündə əngəldir. Tender saxtakarlıqları ilə bağlı yüzlərlə fakt göstərə bilərik”.

Bu sözləri iqtisadçı-alim Vüsalə Əhmədova son zamanlar məmurların xaricdəki milyonluq mülk və biznesləri haqqındakı məlumatların azalması səbəblərini Poliqon-a şərh edərkən qeyd edib.

Son zamanlar məmurların xaricdəki milyonluq mülk və biznesləri haqqında məlumatların yayılması hiss olunacaq dərəcədə azalıb. Bunun əsas səbəbi təbii ki, ölkədə aparılan böyük kadr dəyişiklikləridir.

Yeni və gənc məmurların fəaliyyəti demək olar ki, bütövlükdə oliqarxa çevrilən sabiq məmurların fəaliyyətindən nəylə fərqlənir və bu fəaliyyət ölkədə korrupsiyanın azalmasına təsir edirmi?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-alim Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “Bir neçə böyük şirkətin bazarı inhisarına alması, günəmuzd işləyənlərin sayının çoxluğu, ölkədə ümumən vergi ödəmə əxlaqının olmaması rüşvətin artmasına səbəb olan faktorlardır”.

2019-cu ildən bu günə qədər 13.165 sayda açıq tender müsabiqəsinin keçirildiyini xatırladan iqtisadçı-alim bildirib ki, saysız hesabsız MMC şirkətlərinin adını qaliblər siyahısında görə bilərik. Düşündürücüdür ki, ölkədə bu qədər MMC həqiqətən fəaliyyət göstərirmi? Digər tərəfdən isə ekspertin fikrincə ədalətsiz sosial ədalətin zəif olması savadlı gənclərin ölkədən getməsinə səbəb olur:

“Bəzi sahələrdə gənclərin vəzifə başına gəlməsini təbii ki, təqdir edirik. Ancaq, korrupsiyanın önünə keçmək üçün bu yetərlidirmi? Ən acınacaqlı vəziyyət ölkədə kiçik məmur postundan tutmuş, ən sadə iş qollarına qədər, hətda xadimə işinə qədər işə ya rüşvətlə, ya da tanışlıqla qəbul edilməsidir. Bilikli, bacarıqlı, istedadlı gənclər kənarda qalır, ətrafımızda yüzlərlə işsiz gənc var. İlk öncə bununla mübarizə aparmaq lazımdır. Məhz sosial ədalətsizliyin zəif olması savadlı gənclərin ölkədən getməsinə səbəb olur. Əks təqdirdə bilikli insanlarımızın xaricə axını davam edəcək.

Digər tərəfdən də, bir neçə böyük şirkətin bazarı inhisarına alması, günəmuzd işləyənlərin sayının çoxluğu, ölkədə ümumən vergi ödəmə əxlaqının olmaması rüşvətin artmasına səbəb olan faktorlardır. Müəssisələr vergilərdən, sosial təminat ödənişlərindən və mürəkkəb sənədləşmə prosesindən qaçmaq üçün işçilərlə əmək müqaviləsi bağlamırlar. İri müəssisələr vergidən yayınırlar. Ayrıca, nağd pul istifadəsinin çoxluğu, ölkədə elektron ödəmələr sistemi geniş tətbiq edilmir. Elektron ödənişlər əməliyyatlara şəffaflıq gətirən və kölgə isqtisadiyyatının işini çətinləşdirən ən mühüm amildir.

Azərbaycanda ən sıx rast gəlinən korrupsiya hallarından biri də tender maxinasiyalarıdır, hansı ki, kiçik və orta biznesin önündə əngəldir. Tender saxtakarlıqları ilə bağlı yüzlərlə fakt göstərə bilərik. Ölkəmizdə tenderlərin demək olar ki, çoxu formal xarakter daşıyır. Hər hansı tender müsabiqəsi və ya müqaviləsi olmadan həyata keçirilən saxta tenderlərdən hər kəs xəbərdardır. Birdən məlum olur ki, şəxsi maraqlara xidmət edən hər-hansı bir şirkət tenderin qalibi oldu. Bir də, tenderi udmaq üçün rəsmi qeydiyyata alınan, heç bir işçisi, kapitalı olmayan naməlum firmalar var. Şirkətin nizamnamə kapitalı 10 manat, işçilərinin sayı isə bir nəfərdən ibarətdir, ancaq tenderin qalibi elan edilib. 2019-cu ildən bu günə qədər 13.165 sayda açıq tender müsabiqəsi keçirilib hansı ki, saysız hesabsız MMC şirkətlərinin adını qaliblər siyahısında görə bilərsiniz. Düşündürücüdür, yəni ölkədə bu qədər MMC həqiqətən fəaliyyət göstərirmi? Onlar hansı meyarlara görə qalib elan ediliblər? Sual olunur, işçisi olmayan şirkət layihəni necə icra edəcək?

Vüsalə Əhmədova: “İcra və məhkəmə hakimiyyətlərinin təsiri altında fəaliyyət göstərən qurumdan biz heç bir ədalət gözləyə bilmərik”.

Hər zaman beynəlxalq qurumların hesabatlarına istinad edirəm. İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) dünya miqyasında kölgə iqtisadiyyatının qiymətləndirilməsi və proqnozu ilə bağlı mütəmadi araşdırmalar nəşr edir. Həmin qurumun “Kölgə iqtisadiyyatı 2025-ci ilə qədər” hesabatında, 28 ölkədə kölgə iqtisadiyyatının ÜDM-dakı payı göstərilib hansı ki, siyahıya Azərbaycan liderlik edir. 2020-ci ildə ölkəmizdə kölgə iqtisadiyyatı ÜDM-un 56,73%-ni təşkil edib. Hətda bu göstəricinin 2025-ci ildə 58,38%-ə yüksələcəyi də proqnozlaşdırılır. 2016-cı ildə ÜDM-un nominal dəyəri 59.99 milyard manat olduğu halda, kölgə iqtisadiyyatının təxmin edilən dəyəri 40.22 milyard manat olmuşdur. Ayrıca, ölkələr üzrə kölgə iqtisadiyyatının ölçüsünü müəyyən edən ilk üç cari amil qeyd edilib hansı ki, ölkəmiz üzrə bunlar, korrupsiyaya nəzarət və demokratik hesabatlılığın olmamasıdır.

Korrupsiyaya qarşı mübarizə aparan ən əsas qurum Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsidir. Korrupsiyanın qarşısının alınmasında qurumun ixtisaslaşmış orqanı isə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyadır. Qeyd olunur ki, “Komissiya öz fəaliyyətini qanunvericilik, icra və məhkəmə hakimiyyətləri ilə qarşılıqlı əlaqədə qurur”. Sual yaranır, nəyə görə? “BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının” (UNCAC) 6-cı maddəsinin 2-ci bəndində deyilir ki, “dövlət, korupsiyaya qarşı mübarizə aparan qurumlara öz funksiyalarını səmərəli və əsassız təsir olamadan yerinə yetirmələri üçün zəruzi muxtariyyət verməlidir”. İcra və məhkəmə hakimiyyətlərinin təsiri altında fəaliyyət göstərən qurumdan biz heç bir ədalət gözləyə bilmərik”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

Ən çox oxunanalar