Qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 21-i gündüzədək davam edəcək...
APA xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O, qeyd edib ki, şimal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin daxil olması nəticəsində hazırda respublika ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur.
G. Məmmədovanın sözlərinə görə ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti bölgələrdə iyunun 21-i gündüzədək, Bakıda və Abşeron yarımadasında isə iyunun 19-u səhərədək davam edəcək.
Poliqon.info