Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XTQ gizirinin qəzaya düşməsi ilə bağlı rəsmi açıqlama

Ötən gündən etibarən sosial şəbəkələrdə XTQ giziri Ağadədə Hacıyevin qəzaya düşməsi barədə xəbərlər yayılır.

PİA.az xəbər verir ki, “Qafqazinfo” məsələylə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidovla əlaqə saxlayıb. O bildirib ki, hadisə ötən ilin dekabrın 25-də Yasamal rayonu ərazisində baş verib. E.Zahidovun sözlərinə görə, iki maşın işıqforun yol kəsişməsində toqquşub:

“Nəticədə avtomobillərin birində sərnişin qismində olan Ağadədə Hacıyev və digər avtomobilin sürücüsü Orxan Abdürrəhmanov ağır bədən xəsarətləriylə xəstəxanaya yerləşdiriliblər. Hazırda hər iki şəxs xəstəxanadadır. Bununla bağlı Yasamal rayon Polis idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələriylə cinayət işi qaldırılıb. Hazırda istintaq tədbirləri davam etdirilir. A. Hacıyevin vurulandan sonra üstündə olan mobil telefonunun və pulunun oğurlanması məsələsiylə bağlı isə istintaqda araşdırmalar aparılacaq. Bundan sonra məsələyə aydınlıq gətiriləcək. Hazırda O. Abdürrəhmanovun vəziyyəti ağır, A. Hacıyevin vəziyyəti isə orta-ağırdır”.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il noyabrın 11-də 1 saylı Klinik Tibbi Mərkəzdə müharibədə yaralanan qazilərə baş çəkmişdi. Həmin görüşdə qazi A. Hacıyev də iştirak edib. Həmçinin XTQ giziri ötən ilin dekabrın 24-də Prezident İlham Əliyev tərəfindən “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay