Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan daha bir nəfərin şəxsiyyəti müəyyənləşib    

Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan daha bir nəfərin şəxsiyyəti müəyyənləşib...

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata əsasən, qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı onların 18 nəfərə məxsus olduğu (dörd nəfərin azyaşlı olması ehtimal edilir), müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunma və nişanlanmalarının təmin olunmaması müəyyən edilib.

Bildirilib ki, aşkar edilmiş insan qalıqları xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılıb.

Qeyd edilib ki, Baş Prokurorluq tərəfindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri üzrə zərərçəkmişlərin şəxsiyyətinin, həmçinin, iş üzrə həmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədilə ekspertiza və laboratoriya müayinələr aparılır, eləcə də digər zəruri prosessual hərəkətlər həyata keçirilir.

Məlumatda o da bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsi tərəfindən keçirilən məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində Xankəndi sakini olmuş daha bir nəfərin şəxsiyyəti müəyyən edilib. Bununla da kütləvi məzarlıqda qalıqları aşkar olunanlardan 10 nəfərin şəxsiyyəti müəyyən edilib:

(Xocalı rayon sakinləri)

1. Əliyev Ağaəli Naib oğlu (01.06.1933)

2. Əliyeva Sürəyya Behbud qızı (01.06.1933)

3. Mahmudov Akif Seydulla oğlu (01.06.1962)

4. Səlimov Xəzər Səyavuş oğlu (01.09.1974)

5. Səlimova Tamilla Ağamirzə qızı (01.06.1935)

6. Nəcəfov Şiraslan Məmiş oğlu (01.06.1952)

 

(Xankəndi şəhər sakinləri)

 

7. Cavadov Əli Müsül oğlu (15.06.1954)

8. İsmayılov İsmayıl Bəhman oğlu (01.08.1955)

9. Məhərrəmova Bəsirə Vəli qızı (01.06.1954)

10. Məhərrəmov Vaqif Cəmil oğlu (01.06.1951)

İstintaq materiallarına əsasən, qeyd edilən şəxslərin hamısı 26.02.1992-ci il tarixdə Xocalı rayonu ərazisində itkin düşüb.

Toplanmış materiallar Baş Prokurorluğun İstintaq İdarəsində ibtidai istintaqı aparılan cinayət işinə əlavə edilərək araşdırılır, nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

Poliqon.info

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Co Bayden Ağ Evdə Benyamin Netanyahu ilə görüşüb

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı...

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Ən çox oxunanalar