Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xocalı soyqırımının ildönümü ilə bağlı hazırlıqlar yekunlaşıb

Bakının Xətai rayonunda "Ana fəryadı" abidəsinin yerləşdiyi parkda Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb...

"Report" xəbər verir ki, parkda abadlıq və təmizlik işləri aparılıb.

Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov "Report"a açıqlamasında bildirib ki, ərazidə 50 minə yaxın dekorativ ağac və gül kolları, eləcə də bütün park boyu mövsümi güllər əkilib.

Onun sözlərinə görə, bu ənənə hər il olduğu kimi bu il də tədbirlər planına uyğun olaraq həyata keçirilir. Şöbə müdiri bildirib ki, parkın ərazisinin yaşıl örtüyü yenilənir və burada təmir-bərpa işləri aparılır. Həmçinin, park-xiyabana gələn Yusif Səfərov, Afiəddin Cəlilov küçəsinə də mövsümi güllər əkilib, parkın bir hissəsinə də yaşıl qazon örtüyü yenilənib, dekorativ ağaclar əkilib.

Oturacaqların rənglənməsi, ərazidəki işıqlanmanın bərpası və bütün nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilib.

P.İmanov həmçinin Xocalı prospekti boyunca binaların fasadlarının təmizlənməsi, eləcə də qanlı faciəni əks etdirən bannerlərin vurulması işlərinin yekunlaşma ərəfəsində olduğunu söyləyib.

Qeyd edək ki, Azərbaycan xalıqının qan yaddaşı olan Xocalı soyqırımınına həsr olunan “Ana harayı” abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni onminlərlə insan ziyarət edir.

poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

BMT israilli girovların öldürülməsi ilə bağlı araşdırma aparmağa çağırıb

BMT Təhlükəsizlik Şurasına rəhbərlik Sloveniyaya keçib

Ən çox oxunanalar