Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xaricdə təhsil alan həkimlərin dövlət xəstəxanalarında işə qəbulu daha bir il uzadılıb

Xarici ölkədə təhsil almış həkimlərin dövlət tibb müəssisələrində işə qəbulu daha bir il uzadılıb...

Bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin qərarı ilə “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”a dəyişiklik edilib.

İki hissəli əsas dəyişiklərdən biri proqramın müddətinin 2024-cü ilədək uzadılmasıdır. Bu o deməkdir ki, xarici ölkədə təhsil almış həkimlərin dövlət tibb müəssisələrində işə qəbulu 2024-cü ilədək davam edəcək. Bu qərar əhalinin icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərə çıxış imkanlarını genişləndirməyə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində kadr çatışmazlığını aradan qaldırmağa və müasir müalicə üsullarını tətbiq etməyə imkan yaradacaq.

İkinci dəyişikliyə görə həkim mütəxəssislərin fəaliyyətinin və iş şəraitinin qiymətləndirilməsi məqsədi ilə Agentliyin İdarə Heyəti sədrinin əmri ilə Monitorinq Komissiyasının yaradılması nəzərdə tutulub. Komissiya tərəfindən bir həkim-mütəxəssis üçün 6 aylıq əsaslarla monitorinq həyata keçirilir. Monitorinqdən müvəffəqiyyətlə keçdikdə həvəsləndirici əlavələrin ödənilməsi növbəti 1 il müddətinə uzadılır. Monitorinqdən müvəffəqiyyətlə keçmədikdə həvəsləndirici əlavələrin ödənilməsi dayandırılır.

Qiymətləndirmə zamanı həkim-mütəxəssisin peşəkar fəaliyyəti və şəxsi keyfiyyətləri nəzərə alınır. Həkim-mütəxəssisin altı aylıq müddət ərzində peşəkar fəaliyyəti üzrə yerinə yetirilməli olan göstəricilərə nümunə kimi bunlar qeyd edilə bilər:

- cərrahi ixtisaslar üzrə icra edilən əməliyyat sayının 120-dən az olmaması;

- terapevtik ixtisaslar üzrə müayinə edilən pasiyent sayının 2400-dən az olmaması;

- radioloq ixtisası üzə təhlil edilən nəticələrin sayının 1200-dən az olmaması;

- anestezioloq-reanimatoloq ixtisası üzrə iştirak edilən əməliyyat sayının 240-dan az olmaması və s.

Proqrama əsasən cərrahi və radioloji profilli ixtisaslar üzrə həkim-mütəxəssislərin həvəsləndirici əlavələrinin məbləği 6500 manatdan, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 5000 manatdan az olmamaq şərtilə müəyyən olunur. Müvafiq Qaydaya uyğun olaraq həkimlərin göstərdikləri tibbi xidmətlərin nəticələrinə görə hesablanmış həvəsləndirici əlavələr yuxarıda qeyd olunan məbləğlərdən az olduqda belə həkim-mütəxəssislərə aylıq 6500 və 5000 manat həvəsləndirici əlavələr ödənilir. Məsələn, Proqram üzrə fəaliyyət göstərən ümumi-cərrahın hesablanmış aylıq həvəsləndirici əlavəsi 1000 manat təşkil etsə belə, ona 6500 manat həvəsləndirici əlavə ödənilir.

Qaydaya uyğun olaraq həkim mütəxəssislərə işin nəticələrinə görə hesablanmış həvəsləndirici əlavələrin məbləği 6500 və 5000 manatdan çox olduqda isə yaranacaq fərqin maliyyələşdirilməsi icbari tibbi sığorta fondunun büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına aparılır.(report)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Ən çox oxunanalar