Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xanın konqresmen Baydeni “cinayətkar” adlandırıb və impiçmentini tələb edir...

Respublikaçıların Nümayəndələr Palatasındakı nümayəndəsi Lauren Bobert (Kolorado ştatı) ABŞ prezidenti Co Baydenin impiçmenti üçün Konqresə layihə təqdim etdiyini açıqlayıb...

Poliqon xəbər verir ki, xanım konqresmen Bobert Twitter-də yazıb.

Onun sözlərinə görə, Bayden konstitusiya vəzifələrini, o cümlədən ölkənin cənub sərhədinin mühafizəsini yerinə yetirə bilməyib.

“Co Bayden cənub sərhədimizi qorumaq üçün konstitusiya borcunu tamamilə yerinə yetirə bilmədi. Bu səbəbdən onu vəzifədən uzaqlaşdırmaq üçün Konqresə impiçment müddəaları təqdim etmişəm”, deyə Bobert bildirib.

İyunun 13-də Loren Bobert Fox News-a verdiyi müsahibədə Co Baydenin mümkün qədər yola salınmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Respublikaçılar Partiyası Nümayəndələr Palatasında çoxluğu təmsil etdiyi müddətcə bu fürsətdən istifadə etməlidir.

Bu, Amerika prezidentinin impiçmenti ilə bağlı ilk təklif deyil. İyunun 12-də məlum olub ki, analoji qətnaməni Konqresə Respublikaçılar Partiyasından olan Nümayəndələr Palatasının üzvü Uillis Oqles təqdim edib. Onun sözlərinə görə, Co Bayden, eləcə də vitse-prezident Kamala Harris “cinayətkar fəaliyyətə və hakimiyyəti siyasi silaha çevirməyə başlayıblar”.

Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marjorie Taylor Qreen Co Baydenə impiçment elan etməyi təklif edib, həmçinin onu cənub sərhədindəki miqrasiya böhranında günahlandırıb.

May ayında Meksika ilə sərhəddə rekord sayda qeyri-qanuni miqrant qeydə alınıb - gündə 10 min nəfər. Bu, xüsusən də Co Bayden administrasiyası ABŞ-ın 45-ci prezidenti Donald Tramp dövründə qəbul edilmiş bir neçə immiqrasiya qanununu ləğv etdikdən sonra baş verib. Əvəzində yeni qayda qəbul edilib ki, ona görə, miqrantlar əvvəllər başqa ölkələrdə sığınacaq tapmağa çalışıblarsa, həmçinin qanuni yolla sərhədi keçmək fürsətindən istifadə ediblərsə, ABŞ-da sığınacaq üçün müraciət edə bilərlər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Ən çox oxunanalar