Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KİV: NATO Çini “təhlükəli ölkələr siyahısına” əlavə edə bilər

NATO-nun iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitinin gündəliyinə təkcə Ukraynadakı müharibə, Rusiyadan gələcək təhlükə və Avropada artan hərbi xərclər deyil, həm də bu yaxınlarda Çinin “təhlükəli ölkələr siyahısı”na salınması daxildir...

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşrində dərc olunan məqalədə deyilir.

Nəşr yazır ki, blok ölkələrinin diplomatlarının fikrincə, yekun kommünikedə NATO Çini Ukraynada hərbi əməliyyatların aparılmasında Rusiyaya dəstək verdiyinə görə qınayacaq.

Məqalədə qeyd edilir ki, alyans rəhbərliyinin diqqətinin Çinə yönəlməsi əvvəlcə yekdilliklə qəbul olunmayıb, Cənubi Avropa ölkələri bunun əvəzinə Yaxın Şərqdən gələn təhdidlərə və qeyri-qanuni miqrasiyaya diqqət yetirməyə çağırıblar.

Nəşrin məlumatına görə, Çinin ikili məqsəd daşıyan tədqiqat gəmilərinin ölkə haqqında məlumat topladığını görən Kanada, NATO üzvləri arasında Çinə münasibəti ən çox dəyişən ölkədir.

NATO-nun baş katibi Yens Stoltenberq iyunun sonunda bildirib ki, Çin Rusiyanı dəstəkləməklə yanaşı, eyni zamanda Qərblə iqtisadi əlaqələri saxlamaq istəyir, lakin Pekin “hər iki kürsüdə” otura bilməyəcək.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

Murad Dadaşov uzun müddət sonra ilk dəfə həyat yoldaşı ilə - Foto

Xızıda ağır yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Ən çox oxunanalar