Bazar ertəsi, 01 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xamenei amerikalı tələbələrə müraciət edib, Mayk Conson cavab verib

İranın ali dini lideri Ayətullah Əli Xamenei İranın ali dini lideri Ayətullah Əli Xamenei amerikalı universitet tələbələrinə müraciət edib...

Poliqon xəbər verir ki, dini lider tələbələrin Fələstin xalqının müdafiəsində tutduqları mövqeləri yüksək qiymətləndirib

"Mən bu məktubu oyanmış vicdanı onları Qəzzanın məzlum qadın və uşaqlarının müdafiəsinə qalxmağa vadar edən gənclərə yazıram. Siz Müqavimət Cəbhəsinin bir qolunu yaratdınız və qəsbkar və qəddar sionist rejimini açıq şəkildə dəstəkləyən hökumətin amansız təzyiqləri qarşısında şərəfli mübarizəyə başladınız", deyə məktubda qeyd edilir.

Xamenei həmçinin Amerika universitetlərində professorların dəstəyini və həmrəyliyini qeyd edib:

"Bu, hökumətinizin polis vəhşiliyi və sizə göstərdiyi təzyiqlər qarşısında bir qədər rahatlıq verə bilər".

"Mən də siz gənclərə rəğbət bəsləyənlərdənəm və səbrinizi qiymətləndirənlərdənəm", deyə Ayətullah əlavə edib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson məktuba cavab verib. O, sosial şəbəkələrdə yazıb: "Ayətullahın diqqətini qazandığınız zaman Amerikanı da itirdiniz".

7 oktyabr 2023-cü ildə İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan sonra Fələstinin HƏMAS hərəkatının döyüşçüləri sərhəd bölgələrinə daxil olaraq hərbçilərə və mülki şəxslərə atəş açıb, 200-dən çox insanı girov götürüb. Səlahiyyətlilərin məlumatına görə, təxminən 1,2 min nəfər ölüb.

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında mülki hədəflərə hücumları əhatə edən Dəmir Qılınclar əməliyyatına başlayıb. İsrail anklavı tam blokadaya aldığını elan etdi: su, elektrik, yanacaq, ərzaq və dərman təchizatı dayandırılıb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 36 mindən çox insan həlak olub, 81 mindən çox insan yaralanıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tarif Şurası Aİ 92 benzininin qiymətini qaldırdı

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Azərbaycanda avtobus və metroda sərnişindaşımanın qiyməti qalxıb

Avropa çempionatı: Azərbaycan millisi təsəlliverici qarşılaşmada qələbə qazanıb - Yenilənib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib - Yenilənib

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər

Göygöldə iki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı

Gəncədə qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atıb

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - Video

Ən çox oxunanalar