Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Welt: Fransadakı hadisələr Almaniyada təkrarlana bilər...

Almaniyanın hüquq-mühafizə orqanları Fransadakı etiraz aksiyaları kimi ölkədə iğtişaşların başlanmasını mümkün hesab edir. Səbəb ölkədə demokratiyadan imtinanın artması ola bilər...

Poliqon xəbər verir ki, bu barədə Welt qəzeti Almaniya Polis Həmkarlar İttifaqının (GPD) sədri Yoxen Kopelkenin bəyanatına istinadən məlumat yayıb.

“Almaniyanın bəzi yerlərində bu cür iğtişaşlar mümkündür, çünki ölkədə demokratiyadan, dövlətdən və dövlət hakimiyyətindən imtina getdikcə artır”, deyə Kopelke bildirib.

Oxşar bəyanatla Almaniya Sosial Assosiasiyasının (SoVD) rəhbəri Mixaela Engelmayer çıxış edib. Onun sözlərinə görə, Almaniya hakimiyyəti tədbir görməlidir, çünki artıq bu gün təmsilçilik hissinin olmaması siyasətdə məyusluğa, kənar partiyalara səs vermək istəyinin artmasına və siyasi ekstremizmə təsir edir.

Welt qeyd edir ki, Kopelke və Engelmeyer ölkədəki vəziyyətin hazırda Fransada polis zorakılığına qarşı etirazlarla müqayisə edilə bilməyəcəyini vurğulayıblar.

İyunun əvvəlində bir neçə ictimai rəy sorğusu ilk dəfə olaraq sağçı populist Almaniya üçün Alternativ (AfD) partiyasını bütün partiyalar arasında ikinci ən populyar partiya (17%-dən 20%-ə) seçib. Birinci yerdə hazırda müxalifətdə olan Xristian Demokrat İttifaqı (CDU), üçüncü yerdə isə Olaf Şoltsun rəhbərlik etdiyi Almaniya Sosial Demokrat Partiyası (SPD) qərarlaşıb.

Fransada hadisələr iyunun 27-dən davam edir. Etirazlara səbəb 17 yaşlı yeniyetmənin yolda sənədləri yoxlayarkən polis əməkdaşı tərəfindən güllələnərək öldürülməsi olub. İyulun 3-nə keçən gecə 157 nəfər saxlanılıb, 297 avtomobil və 34 bina yandırılıb. Beş gecəlik etiraz aksiyasında 5000 avtomobil və 1000 bina yandırılıb, polis məntəqələrinə 250 hücum qeydə alınıb, 700-dən çox polis əməkdaşı yaralanıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay