Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akademik Rafael Hüseynov Qarasuda seçicilərlə görüşüb

Milli Məclisə sentyabrın 1-də keçiriləcək seçkilər ərəfəsində Rafael Hüseynovun növbəti görüşü Qarasu kənd sakinləri ilə oldu...

Bütün ölkədə son illərdə getdikcə daha artıq vüsət alan quruculuq işlərinin Qarasudan da yan keçmədiyini söyləyən Rafael Hüseynov 51 kilometrlik Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan yolunun istifadəyə verilməsinin on minlərlə insanın həyatında yaratdığı müsbət dəyişikliyin elə bu kəndin həyatına da gündəlik güzəranında da bilavasitə öz əyani təsdiqini tapdığını bildirdi.
Qarasunun Hacıqabulun ən abad kəndlərindən biri olduğunu söyləyən Rafael Hüseynov bunun həm də yerli əhalinin zəhmətsevən, öz el-obasının təəssübkeşi olması ilə əlaqələndirdi.

O belə ümidini də ifadə etdi ki, Milli Məclisə keçiriləcək növbəti seçkilərdə də həmişə ictimai fəallığı ilə seçilmiş Qarasu ən yaxşı göstəriciləri ilə sevindirəcəkdir.

Qarasu sakinlərinin suallarını cavablandıran, kəndin ümumi problemləri, habelə ayrı-ayrı vətəndaşların qayğıları ilə maraqlanan Rafael Hüseynov bu məsələlərin həllinə köməklərini əsirgəməyəcəyini bildirdi.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay