Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəzifəyə təyin edilən Mehriban Ələkbərzadənin dosyesi

Bu gün mədəniyyət naziri Adil Kərimlinin əmrinə əsasən, Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbər təyin edilib

M.Ələkbərzadənin dosyesini təqdim edirik:

O, 1965-ci il avqust ayının 5-də Gəncə şəhərində doğulub. Uşaq yaşlarından ailəsi Sumqayıt şəhərinə köçüb və 17 saylı orta məktəbi bitirib.

Bir il Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib. 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub və 1988-ci ildə oranı bitirib. Təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib.

İxtisas təhsilini görkəmli rejissor Mehdi Məmmədovun kursunda alan Mehriban Ələkbərzadə hələ tələbəlik illərində institutun Tədris teatrında Tennessi Uilyamsın “Sökülən yurd”, Eduard de Filipponun “Silindr”, Dövlət televiziyasında Elçinin “Ömrün son səhəri” pyeslərini tamaşaya hazırlayıb. Elçinin bu əsəri televiziya tamaşası kimi də çəkilib.

1990-cı ildə Lənkərandan Bakıya qayıdandan sonra “Azərbaycanfilm” kinostudiyasında “Güzgü” qısametrajlı bədii filmini çəkib.

1991-ci il yanvar ayının 28-də Akademik Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülüb. 1 aprel 1994-cü ildən isə həmin teatrda quruluşçu rejissor işləyib.

 
O, “Azdrama”da “Dəfn edilməmiş ölülər”, “Min illərin işığı”, “Müəmmalı bir qətlin üç versiyası”, “Poçt şöbəsində xəyal”, “Afət” və başqa tamaşalar hazırlayıb.

2003-cü ildə Naxçıvan MR-in “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

25 iyun 2013-cü ildə Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

AMEA-nın “Yeni tarix” şöbəsinin elmi işçisidir. 2017-22-ci illərdə Azərbaycan Dövlət “Yuğ” teatrının baş rejissor kimi fəaliyyət göstərib.

2022-ci ildən 2023-cü ilin may ayına kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində çalışıb.

O, müxtəlif Prezident mükafatlarına layiq görülüb. (Oxu.Az)

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay