Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vərəmə qarşı tez təsiredici antibiotik aşkarlanıb - ABŞ-da

Amerika Birləşmiş Ştatlarından olan alimlər sübut ediblər ki, AN12855 adlı dərman vasitəsi hazırda “qızıl standartlar”a uyğun olan izoniazid preparatından daha effektlidir

Bundan başqa, preparat daha az rezistentlik əmələ gətirir.

Azərtac Amerika Mikrobioloqları Cəmiyyətinin saytına istinadla bu barədə xəbər verir.

Komandanın siçanlar üzərində apardığı eksperimentlərdə əsas fərqləndirici xüsusiyyət ağciyərlərin zədələnməsinin şiddətlənməsi ilə müşayiət edilən xəstəliyin modelinin təhlili olub. Müəlliflərin sözlərinə görə, bu, xəstəliyin tipik əlamətləridir ki, bunlar da yeni dərmanların testləşdirilməsi zamanı arabir nəzərə alınır.

Alimlər ciddi zədələnmələr olan toxumalarda törədici mikroblara qarşı mühüm fərqləri iki dərmanın səmərəliliyində aşkar ediblər.

Tədqiqatçılar izah edirlər ki, AN12855 böyük miqdarda patogen bakteriyalarının mövcud olduğu qranulemalara (iltihab nəticəsində toxumada əmələ gələn düyün və qabarlar) keçir.

Preparatın müalicə üçün imkanlarını dəqiqləşdirməkdən ötrü komanda tədqiqatları davam etdirməlidir.

Vərəmlə mübarizədə əhəmiyyətli irəliləyişin olmasına baxmayaraq, xəstəlik əvvəlki kimi dünyada yoluxucu xəstəliklərdən ölüm hallarının əsas səbəbidir. Xəstəliyin erkən mərhələdə aşkarlanması səviyyəsinin aşağı olmasında diaqnostikanın lazımınca səmərəli olmaması da az rol oynamır. Problemi həll etməyə səy göstərən Böyük Britaniya alimləri qan analizi üzrə sadə test işləyib hazırlayıblar. Bu test hətta ən mübahisəli halları düzgün diaqnozlaşdırır.

pia.az


Etiket: vərəm səhiyyə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

Ən çox oxunanalar