Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vaşinqton Post”: Gürcüstanın gələcəyi tükdən asılıdır

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həbsi ölkədə olduqca böyük böhrana gətirib çıxara bilər. Novator.az-ın məlumatına görə, ABŞ-ın “Vaşinqton Post” qəzetində dərc edilmiş məqalədə belə deyilir.

Qəzetin icmalçısı Karl Bildt yazır ki, Gürcüstan dövlət müstəqilliyini əldə edəndən Avropa institutlarının və transatlantik institutların tamhüquqlu üzvü olmağa can atır: “Ancaq bu il oktyabrın 2-də ölkədə keçirilən bələdiyyə seçkilərində kritik anlar yaşanıb və demokratik institutların nümayəndələri bundan çox narahatdırlar. Bu azmış kimi daha bir problem ortaya çıxıb. Oktyabrın 1-də Gürcüstan hakimiyyəti ölkəyə qayıdan sabiq prezident Mixail Saakaşvilini həbs edib”.

Karl Bildt Saakaşvilinin həbsinin ölkənin taleyində həlledici rol oynayacağını vurğulayır. O, 2018-ci ildə Tbilisi Şəhər Məhkəməsinin Saakaşvilini vəzifədən sui-istifadə etməkdə təqsirli bilərək qiyabi şəkildə 6 il müddətinə azadlıqdan məhrum etdiyini xatırladaraq bildirir ki, sabiq prezidentə qarşı irəli sürülən ittihamlar hətta əsaslı olsa da, yenə siyasi motivlidir: “İndi Gürcüstan hökuməti qanunun aliliyini dəstəklədiyini göstərməlidir. Hökumət Saakaşvilini həbs etməklə məşğul olmaqdansa beynəlxalq müşahidə altında ona ədalətli mühakimə gedişində özünü müdafiə etmək imkanı verməlidir”.

“Vaşinqton Post”un icmalçısının fikrincə, Avropa Birliyi məsələnin qanunla çözülməsi üçün ABŞ-la sıx əməkdaşlıq etməli, həm vasitəçilik səylərini gücləndirməli, həm də rəsmi Tbilisiyə açıq mesajlar göndərməlidir: “Gürcüstan Avropa Birliyi ilə geniş sazişinin və üzvü olduğu “Şərq tərəfdaşlığı” proqramının uzaq hədəflərinə çatmaq, habelə NATO-ya inteqrasiyasını dərinləşdirmək istəyirsə, onda hələ çox iş görməlidir. Brüssel və Vaşinqton Gürcüstana açıq şəkildə bildirməlidir ki, bu məqsədlərə yalnız demokratik prinsiplərə və qanunun aliliyinə hörmət etməklə, həmçinin qisas siyasətindən əl çəkməklə, ədaləti tərəfkeşlikdən uzaq tutmaqla nail olmaq olar.

Seçimi isə Tbilisi özü etməlidir. Gürcüstanın gələcəyi tükdən asılıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

İsveçdə 35 yaşlı azərbaycanlı qətlə yetirilib

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Pentaqon İsraili dəstəkləmək üçün Yaxın Şərqdəki qüvvələri yenidən formalaşdırır

“Təhminə” “Zaur”un ad gününü belə təbrik etdi

“Qisas” antiterror əməliyyatından iki il ötür

Yasamaldakı MİDA yaşayış kompleksində yanğın olub - Foto,Video

Ən çox oxunanalar