Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vasif Talıbov yeni hərbi hissələrə döyüş bayrağı təqdim etdi – Fotolar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Vətən müharibəsi iştirakçıları ilə görüşüb, yeni yaradılan hərbi hissələrə döyüş bayraqlarını təqdim edib.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.

Ali Məclisin Sədri yeni yaradılmış hərbi hissələrə döyüş bayraqlarını təqdim edib: “Dövlətin qüdrəti onun ordusunun qüdrəti ilə ölçülür. Güclü ordu müstəqil dövlətçilik, sabitlik və inkişaf deməkdir. Ulu öndərin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu ikinci Qarabağ müharibəsində ərazi bütövlüyümüzü bərpa etmiş, torpaqlarımız işğaldan azad olunmuş, böyük tarixi qələbə qazanılmışdır. Bu qələbənin qazanılmasında şəhidlərimiz və yaralananlar da olmuşdur”.

Ali Məclisin Sədri yaralanan bütün hərbi qulluqçulara şəfa diləyib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Vətən müharibəsində Naxçıvandan olan hərbçilər də iştirak edərək şücaət, peşəkarlıq və vətənpərvərlik göstəriblər. Bu illər ərzində muxtar respublikada ordu quruculuğu əsas məsələlər sırasında saxlanılmış, 288 hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir”.

Ali Məclisin Sədri deyib: “Hər bir hərbi qulluqçu unutmamalıdır ki, o həm ərazi bütövlüyümüzün, həm də ölkəmizin təhlükəsizliyinin təminatçısıdır. Ona görə də hərbi xidmət bundan sonra da nümunəvi təşkil olunmalı, nizam-intizama ciddi əməl edilməli, peşəkarlıq daha da artırılmalıdır. Müdrik fikirlərin birində deyilir ki, torpaq silahla deyil, milli ruhla qorunduğu zaman Vətən olur.

Vətən müharibəsində Azərbaycanı qələbəyə aparan da milli ruh, milli iradə və vətənpərvərlik oldu. Bu səbəbdən də vətənpərvərlik tərbiyəsi daim diqqətdə saxlanılmalı, şəhidlərimizin, Vətən müharibəsi iştirakçılarının döyüş yolu gənc hərbi qulluqçular üçün nümunə olmalıdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, ordunun qüdrəti təkcə silahda deyil, onun gücündə deyil. Ordunun əsas qüdrəti hər bir əsgərin, zabitin xalqına, torpağına, vətəninə sədaqətindədir. Vətənə sədaqət yolu isə ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi yoluna sədaqətdən keçir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay