Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vaqner” Belarusda: Muzdlular Kiyevə gedəcəklərmi?

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri (ÖHŞ) Yevgeni Priqojinin Rusiyada bu yaxınlarda təşkil etdiyi hərbi qiyam cəhdinin qarşısı Belarus Prezidenti Aleksandr Lukaşenkonun vasitəçilik səyləri sayəsində alınıb.

Sonra məlum oldu ki, gərginliyin azaldılmasının şərtlərindən biri “Vaqner”in Belarusa “geri çəkilməsi”nə dair razılaşmadır. Artıq mediada Belarusda “Vaqner” muzdluları üçün səhra düşərgələrinin tikintisinə başlanıldığı barədə məlumatlar yayılıb.

Yeri gəlmişkən, Belarus sərhədindən Kiyevə məsafə düz bir xətlə meşələrdən keçməklə 100 kilometrdir. Ukrayna və beynəlxalq mediada ÖHŞ-nin bu meşələrlə Ukraynanın paytaxtına çata biləcəyi barədə məlumatlar dərc olunur.

Belaruslu politoloq, “Siyasi Sfera” Siyasi Araşdırmalar İnstitutunun direktoru, Böyük Vitovt Universitetinin (Litva) baş elmi işçisi Andrey Kazakeviç bununla bağlı Oxu.Az-a şərh verib.

Onun sözlərinə görə, belə versiyanı ancaq sırf hipotetik hesab etmək olar.

Kiyevə qarşı növbəti hücum əməliyyatı keçirmək üçün öncə bunun nəyə lazım olduğu barədə suala cavab vermək lazımdır. Əlbəttə, nəzəri olaraq, yenidən Kiyevə yaxınlaşmaq olar, bəs sonra?”

Politoloq bildirib ki, hücumla bağlı ən çox ehtimal olunan nəticə bütün işğalçı korpusun məhv edilməsidir.

 
“Axı hələ 2022-ci ilin fevralında, Ukraynanın bu hücuma hazır olmadığı vaxtlarda Rusiya ordusunun itkiləri çox idi. İndi isə Kiyev hazırdır. Əkin sahələri və yollar minalanır, ukraynalılar təhlükənin səviyyəsini yaxşı bilirlər. Şimaldan gələn işğal korpusunun hər hansı bir hərbi uğur qazana biləcəyini təsəvvür etmək çətindir. Bundan əlavə, əgər işğal hazırlanırsa, o zaman əməliyyat uzun hazırlıq tələb edir ki, bu da Ukraynanın və dünya ölkələrinin kəşfiyyatının diqqətindən kənarda qalmaz”, - deyə Kazakeviç əlavə edib.

Rusiyanın özündə baş verən qiyam cəhdinə gəlincə isə ekspert bunu xüsusi xidmət orqanlarının – Federal Təhlükəsizlik Xidməti və digərlərinin uğursuzluğu hesab etdiyini bildirib.

“Onlar belə fəaliyyətlərin monitorinqi və qarşısının alınması məsələləri ilə məşğul olmalı, bütün bunların qarşısı hadisənin özündən xeyli əvvəl alınmalı idi. Artıq Qərbdə buna bənzər bir şeyin olacağını bilirdilər. Beləliklə, Rusiya Federasiyasının dövlət aparatının (xüsusən də güc blokuna münasibətdə) qeyri-mütəşəkkilliyindən danışmaq olar”, - deyə Kazakeviç sözlərini yekunlaşdırıb.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar